/ / Ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu qlobal çağırışlara verdiyi operativ və məsuliyyətli reaksiyalarla daha da güclənməkdədir
Ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu qlobal çağırışlara verdiyi operativ və məsuliyyətli reaksiyalarla daha da güclənməkdədir
26.07.2025 [21:36]
III Şuşa Qlobal Media Forumu bir daha Azərbaycanın regiondakı liderliyini, beynəlxalq gündəliyə strateji baxışını nümayiş etdirib. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən Forum müasir dünyanın qarşı-qarşıya qaldığı çağırışlara real cavablar tapmaq məqsədini daşıyır.
Builki Forumda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirakı tədbirin beynəlxalq miqyasda əhəmiyyətini bir daha təsdiqləyir. Şuşa Media Forumu artıq qlobal əhəmiyyətli dialoq məkanı kimi dünyada nüfuz qazanıb.
Forumun yeni tikilmiş Şuşa Konqres Mərkəzində – Xankəndinin Zəfər meydanında keçirilməsi simvolik məna daşıyır. Bu, işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası, yenidənqurma işləri və təhlükəsizliyin bariz göstəricisidir.
Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bir sıra mühüm məsələlərə toxunaraq, ölkəmizin beynəlxalq siyasətdəki mövqeyini, ekoloji gündəliyini və regional nəqliyyat strategiyalarını aydın şəkildə ifadə edib. Bu beynəlxalq tədbirin məqsədi yalnız media məsələləri deyil, ümumilikdə qlobal gündəliyin müzakirəsidir. Dünyada sürətlə baş verən dəyişikliklər fonunda media doğru və çevik informasiya ötürülməsi baxımından strateji rol oynayır.
Media dayanıqlılığı süni intellekt dövründə dezinformasiyaya qarşı ən vacib faktor olaraq təqdim edilir. Ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu qlobal çağırışlara verdiyi operativ və məsuliyyətli reaksiyalarla daha da güclənməkdədir. Bu amillər, həmçinin dövlətimizin regional gücdən qlobal aktorluğa keçidinin göstəricisidir. Prezident İlham Əliyevin sözügedən çıxışında COP29-un Bakıda keçirilməsi Azərbaycanın ekoloji liderlik mövqeyini göstərən əsas hadisə kimi vurğulanıb. 197 ölkənin, 70-dən çox dövlət və hökumət başçısının qatıldığı bu tədbir paytaxtımızın qlobal iqlim müzakirələrinin mərkəzinə çevrildiyini sübut edib. Həmin faktlar dövlətimizin yaşıl keçid strategiyasına verdiyi real töhfələrin və iqlim diplomatiyasındakı fəallığının beynəlxalq miqyasda yüksək dəyərləndirildiyini nümayiş etdirir. Ölkəmizin bu sahədə göstərdiyi qətiyyətli mövqe gələcəkdə yeni regional və qlobal əməkdaşlıq platformalarının qurulmasına imkan yaradacaq.
Azərbaycanın enerji siyasətində “yaşıl keçid” istiqamətində atdığı addımlar xüsusi əhəmiyyət daşıyır. 2030-cu ilə qədər artıq imzalanmış müqavilələr əsasında ölkə 6 giqavat gücündə bərpa olunan enerji istehsalını planlaşdırır. Su elektrik stansiyalarının Qarabağ və Şərqi Zəngəzurda inşası həm regionun iqtisadi inkişafına, həm də ekoloji tarazlığa töhfə verir. Bu layihələr dövlətimizin enerji ixracında şaxələndirmə strategiyasına da ciddi dəstək verir. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi milli inkişaf modelində ekoloji məsuliyyətin ön plana çəkildiyini göstərir. Beləliklə, ölkəmiz yalnız enerji təchizatçısı deyil, həm də iqlim dəyişikliklərinə qarşı qlobal mübarizədə fəal tərəfdaş kimi çıxış edir. Su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. Azad edilmiş ərazilərdə ümumi 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyasının artıq istismara verildiyini qeyd edən Prezident İlham Əliyev yaşıl gündəliyimizin çox geniş olduğunu diqqətə çatdırıb. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycanın mesajı ondan ibarət idi ki, biz həmin məsələyə realist və praqmatik yanaşmalıyıq: “Hamımız anlayırıq ki, biz planeti qorumalıyıq. Lakin ətraf mühit böhranına ən çox rəvac verənlər, yəqin ki, bu yükü öz üzərinə götürməlidirlər”.
Cənab İlham Əliyev, həmçinin çıxışında Zəngəzur dəhlizinin strateji əhəmiyyətini vurğulayaraq bildirib ki, daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsini nəzərdə tutmuruq. O qeyd edib ki, söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Həmin dəhliz vasitəsilə ölkəmiz öz logistika potensialını artıraraq, Şimal-Cənub və Şərq-Qərb dəhlizləri arasında əlaqələndirici rol oynayacaq. Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini başa çatdırırıq və yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi hazır olacaq. Bu dəhlizin reallaşması ilə ölkəmiz nəinki öz tranzit mövqeyini gücləndirəcək, həm də regionun geosiyasi xəritəsində yeni bir səhifə açılacaqdır.
Forumun əsas müzakirə mövzularından biri də süni intellekt dövründə informasiya təhlükəsizliyi və rəqəmsal media keçidinin idarə olunması idi. Azərbaycanda media sektorunun rəqəmsallaşması, süni intellektin media istehsalına və yayımına təsiri, dezinformasiya ilə mübarizədə texnoloji həllərin tətbiqi geniş analiz edilib. Bu dəyişikliklərə cavab vermək üçün ölkəmizin media ictimaiyyəti çevik, peşəkar və etik dəyərlərə sadiq şəkildə fəaliyyət göstərir.
III Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq müstəvidə öz sözünü deməsi, yeni təşəbbüslərlə çıxış etməsi və qlobal dialoq məkanına çevrilmək niyyətinin açıq təzahürüdür. Dövlətimizin yaşıl enerji, rəqəmsallaşma və geosiyasi strategiyası bu Forumda bir daha beynəlxalq ictimaiyyətə təqdim olunub. Şuşa isə artıq təkcə mədəniyyət paytaxtı deyil, həm də intellektual və siyasi debatların yeni ünvanıdır.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

