“Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var”
31.07.2025 [16:53]
Mansur Quliyev,
YAP Ağdam rayon təşkilatının sədri
“Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var” – bu dəyərli fikir ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinə olan sonsuz sevgisinin və milli kimliyimizin əsasında dayanan ana dilimizə verdiyi yüksək qiymətin bariz ifadəsidir. Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, xalqımızın tarixini, mədəniyyətini, mənəviyyatını və milli yaddaşını özündə yaşadan müqəddəs varlıqdır.
Heydər Əliyev dilin xalqın varlığını, birliyini və gələcəyini müəyyən edən başlıca amillərdən biri olduğunu hər zaman vurğulamış, onun qorunması və inkişafı istiqamətində mühüm addımlar atmışdır. O, Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması, tədris və rəsmi idarəçilik dilinə çevrilməsi uğrunda böyük əzmkarlıq göstərmişdir. Ümummilli liderin təşəbbüsü ilə 1978-ci il Konstitusiyasında Azərbaycan dili rəsmi dil kimi təsbit olundu. Müstəqillik dövründə isə bu xətt daha da möhkəmləndi və Azərbaycan dili dövlət müstəqilliyimizin başlıca rəmzlərindən birinə çevrildi.
Azərbaycan dilinin zəngin söz ehtiyatı, incəlikləri və ifadə imkanları onun bədii və elmi düşüncəyə verdiyi töhfələrdə, klassik ədəbiyyatımızda və müasir yazılı ədəbiyyatda özünü aydın şəkildə göstərir. Nizami, Füzuli, Nəsimi kimi dahilərin söz qüdrəti bu dildə əbədiləşib. Bu dil elə bir gücə malikdir ki, istənilən hissi, düşüncəni və fikri ən zərif və dolğun şəkildə ifadə edə bilir.
Heydər Əliyevin Azərbaycan dilinə verdiyi dəyər onun milli ideologiyasının təməl sütunlarından biri idi. O, deyirdi: “Azərbaycan dili bizim milli sərvətimizdir. Onun saflığını qorumaq, zənginliyindən bəhrələnmək hər bir vətəndaşın borcudur.”
Bu gün müstəqil Azərbaycanın dövlət dili kimi Azərbaycan dili inkişaf etməkdə, dünya azərbaycanlılarını birləşdirən mədəni körpü rolunu oynamaqdadır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən də dil siyasətinə xüsusi diqqət yetirilir, dilin tədrisi və təbliği istiqamətində ardıcıl işlər görülür.
Nəticə etibarilə, Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, doğrudan da fəxr edə bilərik ki, biz ana dilimizi qoruyub saxlamış, onu dövlət dili səviyyəsinə qaldırmış və dünya azərbaycanlılarının qürur mənbəyinə çevrilmişik. Bu dil bizim kimliyimiz, keçmişimiz və gələcəyimizdir.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

