Azərbaycanın sülh və təhlükəsizlik siyasəti Kəlbəcərdə dayanıqlı inkişafın təməlini qoyur
26.08.2025 [15:24]
Biz bu il 44 günlük Vətən müharibəsində əldə edilmiş möhtəşəm Qələbənin beşinci ildönümünü böyük tarixi qürurla qeyd edirik. Beş il öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi və milli ədaləti bərpa etdi. Bu Zəfər yalnız hərbi uğur deyil, həm də xalqımızın iradə birliyinin, milli qətiyyətinin və ərazi bütövlüyünə sarsılmaz inamının ifadəsidir. Qələbədən sonra Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi və bölgədə dayanıqlı sülhün təmin olunması idi. Bu məqsədlə həyata keçirilən ardıcıl siyasət nəticəsində Kəlbəcər və Ağdərə rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri aparılıb. Müasir yollar, sosial obyektlər, elektrik stansiyaları istifadəyə verilib, kəndlərin bərpasına başlanılıb. “Böyük Qayıdış” Proqramı çərçivəsində azad olunan ərazilərə qayıdan sakinlər üçün hər cür şərait yaradılıb. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatları ilə Qarabağda qeyri-qanuni silahlı birləşmələr tərksilah edilib, konstitusiya quruluşu bərpa olunub və dövlət suverenliyi təmin edilib.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Ağdərəyə səfərləri Böyük Qayıdış proqramının ardıcıl mərhələsi olmaqla yanaşı, azad olunmuş ərazilərdə gedən inkişafın və vətəndaş rifahının dövlət siyasətinin mərkəzində dayandığını göstərdi. Bu səfərlər zamanı ilk olaraq Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlər, Kəlbəcər şəhərində yaşayış komplekslərinin təməli, Murovdağ tunelinin inşası, su elektrik stansiyalarının açılışı və digər mühüm infrastruktur layihələri ictimaiyyətə təqdim olundu. Prezident İlham Əliyev Kəlbəcər və Ağdərə sakinləri ilə görüşlərində bölgədə sülh, təhlükəsizlik və inkişafın təmin edildiyini qeyd etdi.
Böyük Qayıdış Proqramı çərçivəsində artıq ilk yaşayış kompleksi istifadəyə verilib və yaxın illərdə dörd yaşayış massivində 10 min nəfərin məskunlaşması planlaşdırılır. Bu, sadəcə məskunlaşma deyil, həm də ədalətin, xalqın iradəsinin və tarixi qələbənin təntənəsidir. Dövlət başçısının vurğuladığı kimi, Kəlbəcərə qayıdış xalqımızın dözümünün və mübarizliyinin parlaq təcəssümüdür.
Beləliklə, Kəlbəcər və Ağdərə bu gün Qələbənin, təhlükəsizliyin, sülhün və dirçəlişin birgə simvoluna çevrilib. Böyük Qayıdış layihəsi çərçivəsində azad olunmuş ərazilərimizin dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevrilməsi istiqamətində inamla irəliləyirik. Azərbaycan qalib dövlət kimi qarşıya qoyduğu hədəfləri uğurla həyata keçirir, bölgədə sülh və sabitliyi təmin edərək gələcək nəsillərə parlaq bir tarix və firavan həyat miras qoyur.
Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37

