Masallı seçiciləri 9 oktyabrda YAP-ın namizədi İlham Əliyevə səs verəcəklər
25.09.2013 [10:07]
9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Masallı rayonu üzrə seçki qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş dünən rayonun Şıxlar və Qodman kəndlərində keçirilib. Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq bildirib ki, cənab Prezident İlham Əliyevin 10 illik hakimiyyəti dövründə Azərbaycan dövləti daha da inkişaf edərək regionun ən qüdrətli ölkəsinə çevrilib: “Ulu öndərin müdrik siyasətinin layiqli davamçısı olan cənab İlham Əliyev indi dünyanın ən nüfuzlu və güclü siyasi liderlərindən biridir. Biz bir xalq, millət olaraq Onunla fəxr edirik. Və inanırıq ki, hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyev yenidən ölkə Prezidenti seçiləcəkdir”.
Seyfəddin Əliyev çıxışını davam etdirərək Masallıda son zamanlar görülən işlər haqqında seçicilərə ətraflı məlumat verib. “Nəzərinizə çatdırım ki, təkcə sentyabrın 16-da Masallı rayonunun müxtəlif yerlərində yeni tikilib istifadəyə verilən 5 məktəbin açılışı olub. Ucqar kəndlərimizə qaz xətləri çəkilib, yollar asfaltlanaraq sakinlərin istifadəsinə verilib. Bu ay rayonumuza səfəri zamanı cənab İlham Əliyev YAP Masallı rayon təşkilatının inzibati binasının, Taekvando və Boks mərkəzlərinin, yenicə təmirdən çıxmış Heydər Əliyev Mərkəzinin, rayon Mədəniyyət evinin və Zərifə xanım Əliyevanın adını daşıyan geniş prospektin açılışında iştirak edib. Bütün bu işlərin davam etdirilməsi üçün sizləri 9 oktyabrda keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, növbəti 5 ilimizin qarantı olacaq İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıram” - deyə, rayon təşkilatının sədri vurğulayıb.
Rayon seçki qərargahının üzvü Rafiq Bağırov çıxış edərək bildirib ki, cənab İlham Əliyev 10 il ərzindəki fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu sübut edib: “Bu gün Azərbaycan seçicisi öz seçimini Prezident İlham Əliyevin lehinə etməlidir. Masallı ictimaiyyətinin birmənalı seçimi Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevdir”.
Tədbirdə daha sonra çıxış edən seçki qərargahının üzvü Ələşrəf Niftiyev öz çıxışında vurğulayıb ki, İlham Əliyevin son 10 illik hakimiyyəti dövründə Azərbaycan dövləti daha da inkişaf edərək regionun ən qüdrətli ölkəsinə çevrilib.
Ə.Niftiyev seçiciləri qarşıdan gələn prezident seçkilərində fəal olmağa, öz gələcəkləri naminə partiyamızın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə həmçinin, qərargah üzvü Qardaş Fətullayev çıxış edərək bildirib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasət son nəticədə təhsil və səhiyyə də daxil olmaqla, ümumən, sosial sahədə genişmiqyaslı işlərin görülməsinə zəmin yaradıb: “Bu işlərin daha da inkişafı üçün biz mütləq bu seçkidə də cənab İlham Əliyevə səs verməliyik”.
Sonra tədbir iştirakçılarından kənd ağsaqqalları Böyükağa Əkbərov, Qəni Əliyev və başqaları çıxış edərək cənab İlham Əliyevin Azərbaycan xalqı üçün göstərdiyi diqqət və qayğıdan söz açaraq budəfəki seçkilərdə də YAP-ın qələbəsinə əmin olduqlarını bildiriblər.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxElm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08

