Son 10 il ərzində həyata keçirilən siyasət nəticəsində ölkəmizin iqtisadi qüdrəti artıb
29.09.2013 [10:42]
Bərdə sakinləri bu siyasətin davamına-cənab İlham Əliyevə səs verəcəklər
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Bərdə rayonu üzrə seçki qərargahının üzvləri dünən növbəti görüşlərini rayonun Kətəlparaq və Kolayır kəndlərində keçiriblər.
Görüşləri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya deyib ki, son 10 il ərzində ölkəmizin iqtisadi qüdrətinin artması öz növbəsində vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb.
Qarşıdan gələn prezident seçkilərinin əhəmiyyəti barədə də danışan rayon təşkilatının sədri “Əminəm ki, 9 oktyabr prezident seçkiləri Azərbaycanda demokratiyanın növbəti təntənəsi olacaq, azad, ədalətli, şəffaf şəraitdə keçirilən bu seçkilərdə də xalqın iradəsi qələbə qazanacaq”, deyib.
Seçicilər qarşısında çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşunaslıq İnstitutunun direktoru, millət vəkili, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva deyib ki, Heydər Əliyev kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev elmdə islahatlar, elmin inkişaf strategiyası, Elmin İnkişafı Fondunun yaradılması, gənc alimlərə dövlət mükafatlarının verilməsi ilə bağlı sərəncamları ilə Azərbaycan elminin günün tələbləri səviyyəsinə yüksəlməsi istiqamətində mühüm addımlar atıb: “Ötən illərdə ölkəmizdə alimlərin məvacibləri dəfələrlə artırılıb. Xüsusən də, dövlət başçısının sərəncamları ilə görkəmli alimlərimizə yüksək dövlət mükafatları, elmi adlar, Prezident təqaüdü və mənzillər verilməsini qeyd etmək istərdim. Elmin inkişafına yönəldilən xərclər təxminən 8 dəfə artıb. Azərbaycan Elminin İnkişaf Strategiyası təsdiq olunub, 2009-2015-ci illərdə elmin inkişaf strategiyasının həyata keçirilməsi üçün Dövlət Proqramı qəbul edilib, Elmin İnkişaf Fondu yaradılıb”.
Millət vəkili bu siyasətin davamlı olması üçün seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşlərdə çıxış edən Anar Şahbazov isə bildirib ki, Prezident İlham Əliyev daima gənclərə diqqət və qayğı göstərir. Onun sözlərinə görə, dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib: “Məhz buna görə də, digər gənclər kimi biz Bərdə gəncləri də oktyabrın 9-da cənab İlham Əliyevə səs verəcəyik”.
Seçicilər qarşısında çıxış edən rayon Ağsaqqalar Şurasının sədri Arif Əliyev, rayon Qadınlar Şurasının sədri Rahilə Babayeva və başqaları son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etdiyini və dünyanın nüfuzlu ölkələrindən birinə çevrildiyini deyiblər.
Görüşlərdə çıxış edən kənd sakinləri Nailə İbrahimova, Sərxan Qurbanov, Cavanşir İbrahimov, Nəzəralı İmaməliyev, Səba Məmmədova və başqaları oktyabrın 9-da seçki məntəqələrinə gedərək, ölkəmiz üçün vacib olan bu siyasi prosesdə fəal iştirak edəcəklərini və Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

