44 günün Zəfəri və ədalətin təntənəsi
27.02.2026 [20:22]
26 fevral tarixində Xocalı Memorial Kompleksinin açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər təkcə bir anım nitqi deyildi. Həmin gün Xocalıda tarix danışdı, ədalət danışdı, qürur danışdı. Çıxış edən İlham Əliyev isə bu tarixi məqamı həm emosional, həm də siyasi baxımdan ümumiləşdirən lider kimi çıxış etdi.
Prezident açıq və qəti şəkildə bildirdi: “Cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq, düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı və biz müharibəni dayandırdıq.” Bu fikir sadəcə hərbi faktın xatırladılması deyil, yeni reallığın fəlsəfi izahıdır. Çünki məhz 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə nəticəsində Xocalıda bu gün memorial kompleks ucalır, Azərbaycan bayrağı dalğalanır və anım mərasimi öz torpağımızda keçirilir.
Bu Zəfər təkcə ərazi bütövlüyünün bərpası deyildi. Bu, illərlə gözlənilən tarixi ədalətin təmin olunması idi. Xocalı faciəsinin baş verdiyi məkanda memorial kompleksin açılması göstərdi ki, zaman keçsə də, ədalət unudulmur və gec-tez öz yerini tapır.
Prezident İlham Əliyev çıxışında başqa bir mühüm məqama da toxundu: “Ermənistandan fərqli olaraq günahsız, əliyalın mülkü əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq və bu, bizim xalqımızı daha da ucaltdı.” Bu sözlər Azərbaycan dövlətinin və xalqının mənəvi üstünlüyünü ifadə edir. 44 günlük müharibə təkcə hərbi meydanda deyil, həm də əxlaq müstəvisində qazanılmış Qələbə idi. Azərbaycan Ordusu yalnız hərbi hədəfləri vurdu, beynəlxalq hüquqa əməl etdi və mülki əhaliyə qarşı məqsədli hücumlar həyata keçirmədi. Bu fakt xalqımızın humanist dəyərlərə sadiqliyini bütün dünyaya göstərdi.
Xocalı Memorial Kompleksi bu gün həm faciənin xatirəsini yaşadır, həm də Qələbənin nəticəsini simvolizə edir. Burada ağrı ilə qürur yanaşı dayanır. Burada keçmişlə gələcək arasında körpü qurulur. Çünki dağıdılmış şəhərin dirçəlməsi, quruculuq işlərinin sürətlə aparılması göstərir ki, Azərbaycan yalnız müharibə aparan dövlət deyil - o, həm də sülh və quruculuq dövlətidir.
Memorial kompleksin açılışı həm də gələcək nəsillərə ünvanlanmış mesajdır. Bu məkan yalnız anım yeri deyil - milli yaddaşın qorunduğu, həqiqətlərin yaşadıldığı və dövlətçilik iradəsinin nümayiş olunduğu müqəddəs məkandır. Burada səslənən fikirlər göstərdi ki, Xocalı artıq yalnız faciə simvolu deyil, həm də dirçəlişin və qələbənin rəmzidir.
Sevinc Xəlilova
YAP Samux rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

