Azərbaycan və Çexiya arasında əməkdaşlıq genişlənir
30.04.2026 [10:46]
Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər.
Dövlətimizin başçısı öz bəyanatında vurğuladı ki, Azərbaycan ilə Çexiya arasında siyasi dialoq yüksək səviyyədədir və qarşılıqlı etimada əsaslanır. Prezident İlham Əliyev qeyd etdi ki, son illər ərzində qarşılıqlı səfərlərin intensivləşməsi münasibətlərin dinamik inkişafının göstəricisidir. Bu əlaqələr yalnız ikitərəfli çərçivə ilə məhdudlaşmır, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilir.
Azərbaycanın beynəlxalq platformalarda fəal mövqeyi və Çexiya ilə qarşılıqlı dəstəyi iki ölkə arasında etibarlı tərəfdaşlıq mühitinin formalaşdığını göstərir. Ölkə başçısınin sözlərinə görə, bu əməkdaşlıq gələcəkdə daha da dərinləşəcək.
Prezident İlham Əliyevin bəyanatında xüsusi yer tutan məsələlərdən biri enerji sahəsində əməkdaşlıq oldu. Dövlət başçısı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu vurğulayaraq bildirdi ki, ölkə etibarlı enerji tərəfdaşı kimi çıxış edir.
Çexiyanın da enerji resurslarının şaxələndirilməsində maraqlı olması bu sahədə əməkdaşlıq üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyev qeyd etdi ki, enerji layihələri yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır və Avropa ilə Azərbaycan arasında strateji körpü rolunu oynayır.
Bəyanatda iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələsi də ön plana çəkildi. Prezident İlham Əliyev bildirdi ki, ticarət dövriyyəsinin artırılması üçün böyük potensial mövcuddur. Sənaye, investisiya, nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf etdirilməsi əsas prioritetlər sırasındadır.
Qeyri-neft sektorunun inkişafı kontekstində Çexiya şirkətlərinin Azərbaycanda fəaliyyət imkanlarının genişləndirilməsi də diqqət mərkəzində olub. Bu isə iqtisadi münasibətlərin daha şaxəli və dayanıqlı olmasına zəmin yaradır.
Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın regionda mühüm nəqliyyat qovşağına çevrildiyini də vurğuladı. Ölkənin yerləşdiyi strateji coğrafi mövqe Avropa ilə Asiya arasında yükdaşımaların həyata keçirilməsində mühüm rol oynayır.
Bu baxımdan Azərbaycan–Çexiya əməkdaşlığı nəqliyyat-logistika sahəsində də yeni perspektivlər açır. Orta Dəhliz kimi beynəlxalq layihələr çərçivəsində əməkdaşlığın genişləndirilməsi hər iki tərəf üçün faydalıdır.
Keçirilən görüş və səsləndirilən mesajlar gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirməklə yanaşı, Azərbaycan–Çexiya münasibətlərinin daha da inkişaf edəcəyinə dair güclü siqnal verdi.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

