Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur
30.04.2026 [10:50]
Sabirabad rayon Heydər Əliyev Mərkəzində müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin milli mədəniyyətimizin inkişafındakı misilsiz xidmətlərinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə YAP Sabirabad rayon təşkilatının əməkdaşları, rayonun rəsmi şəxsləri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev tədbiri giriş sözü ilə açaraq Ümummilli Liderin Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda tanıdılması istiqamətindəki xidmətlərini diqqətə çatdırdı. Diqqətə çatıdırdı ki, regionlarda mədəniyyət ocaqlarının, kitabxanaların və musiqi məktəblərinin şəbəkəsinin genişlənməsi məhz Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsidir. O, xüsusilə vurğuladı ki, Mil-Muğan bölgəsinin mədəni həyatındakı canlanma, xalq sənətkarlığının qorunması və gənc istedadlara dövlət qayğısı dahi rəhbərin qoyduğu ənənələrin davamıdır.
Daha sonra çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov Heydər Əliyevin dövlətçilik fəaliyyətində mədəniyyət amilinin strateji əhəmiyyətindən bəhs etdi. O bildirdi ki, Ulu Öndər hələ sovetlər birliyi dövründə Azərbaycanın milli mənliyini qorumaq üçün mədəniyyəti bir qalxan kimi istifadə etmişdir. Təşkilat sədri daha sonra vurğuladı ki, dahi rəhbərin "Mədəniyyət xalqın böyük sərvətidir" kəlamı bu gün dövlətimizin bu sahəyə verdiyi önəmin əsas fəlsəfəsini təşkil edir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi illərində azərbaycançılıq ideologiyasının formalaşması məhz milli mədəniyyətin dirçəlişi ilə birbaşa bağlı olmuşdur.
Tədbirdə çıxış edən Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Səlmi Mehtiyeva mərkəzin gənclərin milli ruhda tərbiyə olunmasındakı rolundan danışdı. O qeyd etdi ki, Ulu Öndər mədəniyyəti yalnız keçmiş deyil, həm də gələcəyə atılan bir körpü hesab edirdi. Mərkəzdə dahi rəhbərin irsinin öyrənilməsi məqsədilə həyata keçirilən layihələrin gənc nəslin öz köklərinə bağlı böyüməsinə xidmət etdiyini vurğulayan S.Mehtiyeva, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi.
Sonda çıxış edən Sabirabad Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ayşən Astanova Heydər Əliyevin tarixi irsimizə və abidələrimizin bərpasına olan həssas münasibətindən danışdı. Direktor bildirdi ki, tariximizin obyektiv şəkildə nəsillərə ötürülməsi Ulu Öndərin daim diqqət mərkəzində olub. Ulu Öndər, Sabirabadın yerli tarixinin və maddi-mədəniyyət nümunələrinin qorunmasında dövlət proqramlarının rolunu qeyd edərək, dahi rəhbərin muzey işinə xalqın yaddaşının qorunması missiyası kimi baxdığını xatırlatdı.
Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra iştirakçılar Heydər Əliyev Mərkəzində nümayiş olunan eksponatlarla tanış olmuşlar. Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər, sənədlər və kitablar qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22

