AZƏRBAYCAN-İTALİYA STRATEJİ TƏRƏFDAŞLIQ TARİXİNİN YENİ MƏRHƏLƏSİ
10.05.2026 [11:50]
Azərbaycanın çoxtərəfli beynəlxalq əməkdaşlıq strategiyası öz əhəmiyyətli nəticəsini beynəlxalq birliyin müxtəlif üzvləri ilə yeni qurulan qarşılıqlı münasibətlərlə yanaşı, tarixi tərəfdaşlıq bağlarının möhkəmləndirilməsində də göstərir. Azərbaycan İtaliya münasibətləri bu istiqamətlərin hər ikisini özündə ehtiva etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilən görüş bu münasibətlərin yeni mərhələsi üçün perspektivlər açmışdır. Yeni mərhələ əvvəlki dövlətlərarası siyasi-diplomatik münasibətləri çoxvektorlu səmərəli və işgüzar əməkdaşlıq səviyyəsinə daşımaqla diqqət çəkir hansı ki, başlanma tarixi bir qərinədən əvvələ - XX əsrin 90-cı illərinin əvvəllərinə söykənir.
Azərbaycan-İtaliya əlaqələrinin tarixi xronikası
Hər iki ölkə arasında qarşılıqlı etimad və etibarlı tərəfdaşlıq üzərində formalaşan diplomatik münasibətlərin tarixi ötən əsrin 90-cı illərindən başlayır: 1 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin İtaliya tərəfindən tanınması, 8 may 1992-ci ildə isə iki ölkə arasında rəsmi olaraq diplomatik münasibətlərin yaradılması ilə hüquqi və beynəlxalq çərçivədə münasibətlərin təməli qoyulmuşdur. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin Roma və Neapola ilk rəsmi səfərinin təşkil olunması bu münasibətlərin dövlət başçıları səviyyəsində möhkəmləndirilməsinə həllededici təsir göstərmişdir. 2005-ci ildən başlayaraq Prezident İlham Əliyev tərəfindən İtaliyaya rəsmi və işgüzar səfərlərin təşkil olunması, eləcə də 2018-ci ildə İtaliya Respublikası Prezidenti Sercio Mattarellanın Bakıya işgüzar səfəri, daha sonra vitse-prezidentlərin qarşılıqlı səfərləri bu münasibətlərin diapazonunun genişləndirmişdir. Parlamentlərarası əlaqələrlə intensivləşən əməkdaşlıq hər iki ölkə arasında imzalanan 79 sənədlə müqavilə-hüquq bazasını formalaşdırmışdır.
Tərəfdaşlıq strategiyası yeni mərhələdə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin 2026-cı il mayın 4-də ölkəmizə səfəri zamanı verdiyi bəyanat ikitərəfli dövlətlərarası əməkdaşlığın, eləcə də strateji tərəfdaşlığın yeni mərhələsinin prioritetlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Bəyanatda ölkələrimizin strateji tərəfdaşlığa dair 2014-cü və 2020-ci illərdə imzaladıqları bəyannamələrə diqqət çəkilmişdir. Təbii ki, siyasi-diplomatik əlaqələrin yüksək səviyyədə olması iqtisadi, ticarət əlaqələrinin də inkişafına həlledici təsirini göstərmişdir.
Yeni əməkdaşlıq sahəsi olaraq hərbi-texniki əməkdaşlığın ümidverici olduğu vurğulanmışdır. İtaliya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş bölgələrində gedən quruculuq işlərində də fəal iştirak etməsi bu baxımdan diqqət çəkir. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin iyirmi üçünün məhz bu şirkətlərin adı ilə bağlı olması, öz növbəsində Azərbaycan Dövlət Neft Fondunun da İtaliya iqtisadiyyatına üç milyard dollar sərmayə qoyması hər iki ölkənin iqtisadiyyatına qarşılıqlı dəstək verilməsinin göstəricilərindən olub, yuxarıda qeyd olunan hərbi-texniki əməkdaşlığın da reallaşdırılmasına optimal şərait yaradır.
Qeyd etmək lazımdır ki, qarşılıqlı münasibətlərin yeni mərhələsi çoxtərəfli əməkdaşlığın intensivləşməsi ilə də xarakterizə olunur. Çoxşaxəli əməkdaşlığın vacibliyi ölkə başçısının 4 may tarixli bəyanatında xüsusi vurğulanmaqla prioritet istiqamətlər aydın şəkildə göstərilmişdir: “Təbii ki, bütün bu biznes, kommersiya, ticarət əlaqələri, şirkətlərin birgə fəaliyyəti və digər məsələlərlə yanaşı, biz bəlkə də ən vacib sahəni də unutmamışıq, o da təhsil sahəsidir.” Təhsil sahəsində qarşılıqlı əməkdaşlıq özlüyündə sosial-ictimai, elmi-mədəni əlaqələrin də gələcək inkişafına stimul verir. Bunun əhəmiyyəti isə çox genişdir.
Qarşılıqlı əməkdaşlığın sosial-ictimai, mədəniyyət sahələrində genişlənməsinin əhəmiyyəti
Qarşılıqlı əməkdaşlıq strategiyası sosial-ictimai əlaqələrdə xüsusilə yeni təhsil müəssisələrinin yaradılmasında da özünü göstərmişdir. Ötən il Bakıda İtaliya-Azərbaycan Universitetinin açılması bunun bariz nümunəsidir. 2025-ci il oktyabrın 1-də Bakı şəhərində fəaliyyətə başlayan Universitetin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci Vitse-prezident Mehriban xanım Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikası Prezidenti Sergio Mattarellonun iştirak etməsi ölkələrimiz arasındakı akademik əlaqələrin qurulmasına dövlət başçıları səviyyəsində göstərilən diqqətdən xəbər verirdi. Ölkə başçısı həmin mərasimdəki çıxışı zamanı universiteti “İtaliya-Azərbaycan dostluq ocağı” kimi dəyərləndirərək, onun əhəmiyyətini xüsusi vurğulamışdır: “Əminəm ki, burada oxuyan və məzun olacaq tələbələr gələcəkdə İtaliya-Azərbaycan dostluğunun elçiləri olacaqlar.” Bu fikir hər iki ölkə arasındakı əlaqələrin sosial-ictimai, mədəniyyət və təhsil istiqamətində genişləndirilməsində gənclərin önündə yeni səmərəli imkanlar açmışdır. Bunlardan bir qismi artıq reallaşmışdır. Belə ki, Qarabağda və Şərqi Zəngəzurda birgə həyata keçirilən layihələr siyasi-diplomatik tərəfdaşlığın iqtisadi zəminini möhkəmləndirirsə, ADA Universiteti ilə İtaliyanın 5 universiteti arasındakı müqavilələr bu münasibətlərin gələcək üçün, xüsusilə qlobal inteqrasiyanı şərtləndirən təhsil və texnologiya mübadiləsinin inkişafına zəmanət verir. Bu amillər isə öz növbəsində uzunmüddətli dayanıqlı inkişafı təmin etməklə ölkələrimiz arasındakı qarşılıqlı əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsində də möhkəmləndirilməsinə töhfə verir.
Zeynəb Quliyeva
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
YAP Naxçıvan şəhər təşkilatının AMEA
Naxçıvan Bölməsi üzrə ƏPT sədri
Tarix elmləri doktoru
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55

