Şuşadan başlanan yeni geosiyasi mərhələ
16.06.2026 [11:19]
2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” təkcə iki qardaş dövlət arasında münasibətlərin inkişafında deyil, bütövlükdə regionun geosiyasi mənzərəsində yeni mərhələnin başlanğıcı oldu. Tarixi Zəfərdən sonra azad edilmiş Şuşada imzalanan bu sənəd Azərbaycan-Türkiyə münasibətlərini keyfiyyətcə yeni səviyyəyə yüksəldərək onları rəsmi şəkildə müttəfiqlik formatına keçirdi.
Şuşa Bəyannaməsinin əsas xüsusiyyətlərindən biri onun dərin tarixi köklərə söykənməsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, sənəddə Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarının əks olunması Azərbaycan-Türkiyə münasibətlərinin ideoloji əsaslarını bir daha təsdiqləyir. Bu baxımdan Bəyannamə yalnız siyasi sənəd deyil, həm də ortaq tarixin, milli yaddaşın və gələcəyə yönəlmiş strateji baxışın ifadəsidir.
Sənədin imzalanmasının Şuşada baş tutması xüsusi rəmzi məna daşıyır. Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilməsi və həmin müqavilənin imzalanmasından düz yüz il sonra azad Şuşada yeni müttəfiqlik sənədinin qəbul olunması dövlətlərimizin gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edən mühüm hadisədir. Bu, tarixi varisliyin və siyasi iradənin təzahürü kimi qiymətləndirilə bilər.
Şuşa Bəyannaməsinin ən mühüm məqamlarından biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsidir. Sənəddə əks olunan qarşılıqlı hərbi yardım mexanizmləri iki ölkənin təhlükəsizlik maraqlarının ortaq şəkildə qorunmasına xidmət edir. Bu yanaşma regionda sabitliyin və təhlükəsizlik mühitinin möhkəmləndirilməsinə töhfə verməklə yanaşı, xarici təhdidlərə qarşı etibarlı müdafiə sistemi formalaşdırır.
Bəyannamə eyni zamanda Ermənistanda mövcud olan revanşist dairələrə açıq və aydın mesaj kimi dəyərləndirilir. Sənəd göstərir ki, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı hər hansı təhdid yalnız ölkəmizin deyil, onun strateji müttəfiqinin də diqqət mərkəzində olacaq. Bu isə regionda yeni müharibə risklərinin qarşısının alınmasına və sülh gündəliyinin möhkəmlənməsinə xidmət edən mühüm amildir.
Xarici siyasət sahəsində koordinasiyanın gücləndirilməsi də Şuşa Bəyannaməsinin vacib istiqamətlərindən biridir. Azərbaycan və Türkiyə beynəlxalq platformalarda qarşılıqlı dəstək prinsipinə əsaslanaraq regional və qlobal məsələlərdə mövqelərini əlaqələndirir. Bu əməkdaşlıq hər iki dövlətin beynəlxalq nüfuzunun artmasına, onların qlobal proseslərdə daha fəal iştirakına şərait yaradır.
Son beş ildə Şuşa Bəyannaməsinin ildönümləri münasibətilə keçirilən beynəlxalq konfranslar da sənədin aktuallığını təsdiqləyir. Şuşada təşkil olunan tədbirlər Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının, Türk dünyasının inteqrasiyasının və yeni geosiyasi reallıqların müzakirə olunduğu mühüm platformalara çevrilib.
Beləliklə, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvə nöqtəsini ifadə edən tarixi sənəd olmaqla yanaşı, regionda sülhün, təhlükəsizliyin və strateji əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm yol xəritəsidir. Bu sənəd iki qardaş dövlətin birliyinin sarsılmaz olduğunu nümayiş etdirərək XXI əsrin yeni geosiyasi reallıqlarının formalaşmasında mühüm rol oynayır.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16

