Azərbaycan dövləti ahıl insanların sosial müdafiəsini diqqət mərkəzində saxlayır
19.03.2014 [10:12]
Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi Novruz bayramı münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionatında olublar. Pansionatın yeni binası ilə tanış olan YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov burada yaradılan şəraitdən məmnun qalıb. Baş nazirin müavininə məlumat verilib ki, ötən il oktyabrın 1-də Beynəlxalq Ahıllar Günündə istifadəyə verilən yeni korpusun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. Qeyd edilib ki, buradakı otaqlardan 160-ı bir nəfərlik, beşi iki nəfərlikdir. Burada yaşayan insanların tibbi problemlərinin həlli daim nəzarətdə saxlanılır, onların sağlamlığına xüsusi diqqət göstərilir. Vurğulanıb ki, pansionatda yaşayan insanların yüksək şəraitlə təmin olunması istiqamətində bütün addımlar atılıb.
Pansionatın direktoru, Əməkdar müəllim Qətibə Əsədova bildirib ki, burada yaşayan insanların sağlamlığına xüsusi diqqət göstərilir, onların vaxtlı-vaxtında həkim müayinələrindən keçməsi təmin edilir.
Daha sonra pansionatın sakinləri ilə görüşən YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov onları Novruz bayramı münasibətilə təbrik edib. Əli Əhmədov bildirib ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev ehtiyacı olan şəxslərə, o cümlədən ahıllara xüsusi diqqət və qayğı ilə yanaşır. Onların rahat yaşaması, ehtiyaclarının ödənməsi üçün lazımi addımlar atılır. Əli Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə, o cümlədən də ahıl insanlarla, qocalar evində yaşayanlarla mütəmadi görüşlər keçirir. “Bu qocalar evində YAP olaraq biz, demək olar ki, ildə bir neçə dəfə görüşlər keçiririk, onların problemləri ilə maraqlanırıq, imkan daxilində onların mövcud olan problemlərini öyrənib kömək etməyə çalışırıq” - deyə, YAP Sədrinin müavini vurğulayıb. Əli Əhmədov onu da qeyd edib ki, bu pansionatın sakinləri üçün lazım olan bütün imkanlar və şərait yaradılıb.
“Güman edirəm ki, bundan sonra da bu siyasət davam etdiriləcək. Sizin üçün tikilən yeni bina ilə tanış olduq. Olduqca yüksək səviyyəli şərait yaradılıb. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, burada yaşayan insanların əhval-ruhiyyəsinin yaxşı olması bizi sevindirir. Bu, bizim hökumətimizin həyata keçirdiyi siyasətin humanizmindən, insanpərvərliyindən, insanlara qayğısından xəbər verir. Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin, o cümlədən də qayğıya ehtiyacı olan bütün insanlar diqqət mərkəzindən kənarda qalmamışdır” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Pansionat sakinləri də çıxış edərək ölkə rəhbərliyinin onlara göstərdiyi qayğıya görə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün ölkədə aparılan geniş quruculuq işləri onları da sevindirir, fərəhləndirir.
Pansionatın sakini Həbib Qəmbərov bildirib ki, onlar üçün yaradılan şəraitdən çox razıdır. Onun sözlərinə görə, yeni tikilən bina burada yaşayan ahıl insanların rahatlığı üçün əlverişlidir: “Mənim 66 yaşım var. Dövlətimdən, Prezidentimdən çox razıyam. Bu gün mənə və mənim kimi insanlara bu cür gözəl bina tikilib verilib. Bundan başqa, möhtərəm Prezidentimiz biz yaşlı insanların sosial müdafiəsini hər zaman diqqətdə saxlayır. Əminəm ki, gələcək illərdə də bu diqqət və qayğı davam etdiriləcək. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında böyük qələbələr qazanacaq”.
Əmək veteranı Minə Abdullaqızı da yaradılan şəraitdən razılıq edib. O, bildirib ki, Yeni Azərbaycan Partiyasının nümayəndələri mütəmadi olaraq onlarla görüşlər keçirir, qayğılarına qalır, problemləri ilə yaxından tanış olurlar: “Bayramlarda, xüsusi günlərdə Yeni Azərbaycan Partiyasının nümayəndələri heç vaxt bizləri yaddan çıxarmırlar. Yaradılan şəraitdən çox razıyıq. Rahat yaşamaq üçün bütün imkanlar yaradılıb. Allah Prezidentimizə cansağlığı versin ki, biz qocaların problemlərini hər zaman diqqətdə saxlayır. Çox razıyıq”.
Nina Kalmıkova da pansionatın sakinlərindəndir. O, bildirib ki, ötən ilin oktyabrında yeni binanın açılışı zamanı Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva pansionatın sakinləri ilə görüşüb: “Bu cür yüksək diqqət və qayğı biz yaşlı insanlar üçün olduqca böyük xoşbəxtlikdir. Hökumətimiz, Yeni Azərbaycan Partiyası hər zaman bizləri yad edir, problemlərimizlə maraqlanır. Mən öz adımdan və bütün pansionat sakinləri adından bir daha möhtərəm Prezidentimizə və xanımı Mehriban Əliyevaya təşəkkür edirəm, Onları bayram münasibətilə təbrik edirəm”.
Pansionatın bir başqa sakini Şahin Hacıyev də onlara göstərilən diqqət və qayğıdan razılıq edib. O deyib ki, pansionatda yaşayan insanların istər sağlamlığına, istərsə də sosial problemlərinə hər zaman diqqətlə yanaşılıb: “Mən də hər bir pansionat sakini kimi dövlət başçımıza minnətdarlıq edirəm. Bu bayram günündə bizi tək buraxmayan Yeni Azərbaycan Partiyasına da öz dərin təşəkkürümü bildirirəm”.
Daha sonra pansionat sakinlərinə Yeni Azərbaycan Partiyasının bayram hədiyyələri təqdim olunub. Qeyd edək ki, görüşdə YAP İcra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş Novruzov və Mübariz Qurbanlı, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva iştirak ediblər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45

