/ / Nizami rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir
Nizami rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir
08.05.2014 [09:25]
Nizami rayonunda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə silsilə tədbirlər davam etdirilir.
Belə ki, Nizami rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı ilə birgə “Start” İdman Kompleksində üzgüçülük üzrə yarış keçirib.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov deyib ki, bu gün Ulu öndər Heydər Əliyevin Azərbaycanın sağlam gələcəyi naminə həyata keçirdiyi idmanın inkişafı strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
YAP Nizami rayon təşkilatının “Start” ərazi ilk partiya təşkilatının sədri Kamal Mehdiyev vurğulayıb ki, dövlət başçısının idman sahəsində həyata keçirdiyi uğurlu siyasətin nəticəsi ilə hər gün qarşılaşırıq. Dövlətin idmançılara qayğısı sayəsində onlar qələbələri bir-birinin ardınca sıralayaraq, ölkəmizin nüfuzunu daha da artırırlar.
YAP Nizami rayon təşkilatının Şura üzvü Zemfira Sadıqlı da öz növbəsində bildirib ki, Prezident İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırıb.
Çıxışlardan sonra yarışa start verilib.
Yarışda 30-a yaxın idmançı 3 növ üzrə gücünü sınayıb.
Güclü mübarizə şəraitində keçən yarışın sonunda qaliblər mükafatlandırılıb.
Bununla yanaşı, Nizami rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı və Nizami rayonu Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi birgə müxtəlif yaş kateqoriyalarından ibarət məktəblilər arasında taekvondo yarışı keçirib.
Yarışda 30 taekvondoçu iştirak edib.
Gərgin və maraqlı keçən yarışmada I, II və III yerin qaliblərinə diplom və xatirə hədiyyələri təqdim edilib.
Bundan başqa, Nizami rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı birgə rayon ağsaqqalları arasında stolüstü oyunlar üzrə yarış təşkil edib. Ağsaqqallar nərd, domino, dama və şahmat oyunları üzrə bacarıqlarını nümayiş etdiriblər.
Sonda qalib gəlmiş ağsaqqallara hədiyyələr verilib.
Qeyd edək ki, yarışın təşkil olunduğu Nizami rayonu 50 saylı “təqaüdçülər evi” ağsaqqalların müraciəti əsasında YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyevanın təşəbbüsü ilə əsaslı təmir edilib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

