Azərbaycanda intellektual gənclik yetişib və onların əksəriyyəti YAP-ın sıralarında birləşib
21.07.2014 [11:37]
Oğuz rayonunda YAP Gənclər Birliyinin “Yay məktəbi”nin III turu öz işinə başlayıb
Oğuz rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin III turu öz işinə başlayıb.
İyulun 20-də “Afra Hotel” kurort və biznes mərkəzində “Yay məktəbi”nin iştirakçıları ilə tanışlıq xarakterli görüş keçirilib. Görüşdə qrupun rəhbəri, Azərbaycan Dövlət İqtisad Universitetininn (ADİU) “Distant və əlavə təhsil mərkəzi”nin direktor müavini, universitetin Qadınlar Şurasının və YAP Səbail rayon təşkilatı Qadınlar Məclisinin sədri Təranə Kərimova çıxış edərək bildirib ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir: “Azərbaycan dövlətinin, Yeni Azərbaycan Partiyasının gənclərə diqqət və qayğısından bəhs edən qrup rəhbəri əlavə edib ki, gənclərin öz potensiallarından səmərəli istifadə etmələri üçün hər cür şərait yaradılıb: “Gənclərimiz onlara yaradılan bu şəraitdən səmərəli istifadə etməli, mütəmadi olaraq qüdrətlənən, güclənən Azərbaycanın inkişafına öz töhfələrini verməlidirlər. Bunun üçün gənclər elmin sirlərinə dərindən yiyələnməli, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməli, ən əsası, Azərbaycan reallıqlarının təbliğində fəal olmalıdırlar. Azərbaycan gəncləri böyük qüvvədir. Birgə səylər, qarşıya qoyulan hər bir məqsədə yüksək səviyyədə nail olmağa stimul yaradır”.
Qrup rəhbəri daha sonra "Yay məktəbi"nin əhəmiyyətindən danışıb. Bildirib ki, bu layihə gənclərin intellektual səviyyəsinin artırılmasına, gənclər arasında əlaqələrin inkişafına müsbət təsir göstərir. T. Kərimova diqqətə çatdırıb ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib: “Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Dövlət gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir. Bu baxımdan, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən həyata keçirilən “Yay məktəbi” layihəsi gənc fəallar üçün inkişaf mənbəyidir”.
Qrup rəhbəri qeyd edib ki, sevindirici haldır ki, Azərbaycanda intellektual gənclik yetişib və onların əksəriyyəti YAP-ın sıralarında birləşib.
YAP Nərimanov rayon təşkilatının təlimatçısı Nərminə Yunusova isə bildirib ki, 2007-ci ildən başlayan “Yay məktəbi” layihəsində partiyanın fəal üzvü olan yüzlərlə gənc iştirak edir. Onun sözlərinə görə, hazırkı qrupun üzvlərinin sayı 60 nəfərdir. Ümumilikdə isə, bu ilki layihə təxminən 800 gənci əhatə edəcək: “Yay məktəbi”ndə iştirak edən gənclər həm Bakı şəhərini, həm də bölgələri təmsil edirlər. Layihə çərçivəsində gənclərin asudə vaxtlarının səmərəli olması üçün ekskursiyalar təşkil olunacaq, müxtəlif məsələlərlə bağlı təlimlər, debatlar reallaşdırılacaq, intellektual və əyləncəli yarışlar keçiriləcək”.
Müzakirələrdən sonra gənclərin iştirakı ilə interaktiv oyunlar, əyləncə xarakterli tədbirlər keçirilib.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25

