Hacıqabullular YAP-ın namizədlərinə səs verməklə firavan həyata səs verəcəklər
11.12.2014 [10:30]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatı rayondakı Heydər Əliyev Mərkəzində partiya tərəfindən namizədlikləri irəli sürülmüş qadınlarla geniş tərkibdə görüş keçirib. Görüşdə YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Qadınlar Şurasının üzvü Məleykə Ağayeva iştirak ediblər.
Görüşü giriş nitqi ilə açan YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov bildirib ki, bütün siyasi kampaniyaları qələbə ilə başa vuran Yeni Azərbaycan Partiyası dekabrın 23-ə təyin olunan bələdiyyə seçkilərinin təbliğat- təşviqat kampaniyasını mütəşəkkilliklə davam etdirir: “Rayonumuzda da bu kampaniya səmərəli və mütəşəkkil qaydada aparılır. İnanıram ki, rayon sakinləri arasnda nüfuzu olan namizəd qadınlarımız bu seçkidə də qalib olacaqlar”.
Görüşdə çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanda özünün inkişaf yolunu keçən bələdiyyələr daim vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, sakinlərin etibarını qazanmağa və cəmiyyətimizdə özünəməxsus yer tutmağa səy göstərir. Ötən dövrdə bir çox bələdiyyələr müsbət təcrübə qazanıb, onların cəmiyyətdə rolu artıb.
V.Rəhimzadə xüsusi vurğulayıb ki, seçkilərdə qadın namizədlərin sayının artması partiyamızın qadınlara olan etimadının bariz nümunəsidir. Həmçinin partiya tərəfindən bələdiyyələrə namizədliyi irəli sürülmüş qadınlar öz intellektinə, geniş ictimai fəaliyyətinə görə fərqlənirlər və onlar sakinlər arasında yüksək nüfuza malikdirlər. Bu isə məhz qələbəni şərtləndirən mühüm amildir.
YAP Qadınlar Şurasının üzvü Məleykə Ağayeva bildirib ki, regionun aparıcı siyasi təşkilatı olan YAP seçkidən seçkiyə yeni seçki texnologiyası ilə gedərək qələbələrini şərtləndirir. Bu seçkidə də YAP-ın namizədlərinin qələbəsi üçün bütün ictimai-siyasi və sosial-iqtisadi amillər mövcuddur.
O da vurğulanıb ki, növbəti bələdiyyə seçkilərində də partiyamız tərəfindən irəli sürülən namizədlər seçicilərin etimadını qazanacaq və növbəti beş ildə də bələdiyyələrin işində yaxından iştirak edəcəklər. Partiyanın Nizamnaməsinə uyğun hazırlıq kampaniyasının mütəşəkkilliyi, insanlar arasında təbliğat işinin yüksək səviyyədə təşkili üçün əhali ilə keçirilən görüşlərə xüsisi diqqətlə yanaşılır, vətəndaşların rəy və təkliflərinin həlli naminə qüvvələr səfərbərliyə alınır. Buna görə də bələdiyyə üzvlüyünə namizədlərimizin, o cümlədən qadın namizədlərimizin qələbəsi labüddür.
Xəbər lenti
Hamısına baxSosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03

