Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının Gənclər Birliyinin 4-cü konfransı keçirilib
11.03.2015 [09:33]
Martın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının Gənclər Birliyinin 4-cü konfransı keçirilib.
Tədbirdə YAP Laçın rayon təşkilatının sədri Aqil Nəzərli çıxış edərək bildirib ki, bu gün inamla demək olar ki, Prezident, partiyamızın Sədri İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində Azərbaycan dövlətinin gələcəyi inamlı əllərdədir: “Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi respublikamızın ən öndə gedən gənclər təşkilatıdır. YAP üzvlərinin 254 min nəfərini gənclər təşkil edir. Biz bu gün fəxarətlə qeyd etmək istəyirik ki, Laçın gəncləri hər zaman Yeni Azərbaycan Partiyasının ön sıralarında getməyə çalışırlar. YAP Laçın rayon təşkilatı keçirdiyi bütün tədbirlərdə işini gənclərlə birgə qurur. Rayonumuzda gənclərə böyük diqqət və qayğı var. İstər gənclərin önə çəkilməsi, istərsə də işlə təminatı məsələsi diqqət mərkəzində saxlanılır”.
Tədbirdə YAP Laçın rayon təşkilatının Gənclər Birliyinin sədri Vüsal Həsənov məruzə ilə çıxış edərək bildirib ki, YAP-ın nüfuzu gündən-günə daha da artır: “Daha çox gənc özünü partiya sıralarında görmək istəyir. Ölkəmizdə fəal və bacarıqlı gənclərin daha məsul və ciddi vəzifələrə layiq görülməsi artıq ənənəyə çevrilmişdir”.
Sonra gənc YAP fəalları - Şəbnəm Uğurlu, Elməddin Ələkbərov, Xaliq Musayev çıxış edərək qeyd ediblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması dövlətin gənclərə olan xüsusi diqqətinin bariz nümunəsidir.
Sonra YAP Laçın rayon təşkilatı Gənclər Birliyinin 23 nəfərdən ibarət Şura üzvləri, 11 nəfərdən ibarət İdarə Heyəti, yeni sədr və 3 nəfər müavin seçilib.
Tədbirin yekununda YAP Gənclər Birliyinin konfransına 2 nəfər nümayəndə seçilib.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

