/ / Əli Pənahov: Avropa Parlamentində ölkəmizin əleyhinə qəbul edilmiş və Azərbaycan reallıqlarına uyğun olmayan qətnamə ikili standart nümunəsidir
Əli Pənahov: Avropa Parlamentində ölkəmizin əleyhinə qəbul edilmiş və Azərbaycan reallıqlarına uyğun olmayan qətnamə ikili standart nümunəsidir
15.09.2015 [10:01]
“Avropa Parlamentində ölkəmizin əleyhinə qəbul edilmiş və Azərbaycan reallıqlarına uyğun olmayan qətnamə demokratik dəyərlərin heçə sayılması, həmçinin ikili standart nümunəsidir”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədr müavini, Gənclər Birliyi ofisinin rəhbəri Əli Pənahov deyib. Onun sözlərinə görə, Avropa Parlamenti bir tərəfdən insan hüquqlarının qorunması prinsipindən çıxış etdiyini bəyan edir, digər tərəfdən isə, mövcud faktları - reallıqları heçə sayaraq Azərbaycana qarşı ədalətsiz yanaşma sərgiləyir: “Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə qanun pozuntusuna yol vermiş hər bir şəxsin hüquqi məsuliyyətə cəlb olunması qanunun tələbidir. Eyni zamanda, ölkəmiz demokratik inkişaf yolunda inamla irəliləyir, vətəndaş cəmiyyətinin inkişafı, hüquq və azadlıqların qorunması başlıca reallıqlardır. Ölkəmiz, eyni zamanda, Qərbin demokratik institutları ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir. Azərbaycanın demokratik inkişafı Qərb tərəfindən də təqdir olunur. Belə olan halda, Avropa Parlamentinin bir qrup üzvünün ölkəmizə qarşı qərəzli kampaniyası qəbuledilməzdir. Bütövlükdə bu qətnamə anti-Azərbaycan dairələrin maraqlarını ifadə edən, qərəzli və ədalətsiz sənəddir”.
Ə.Pənahov onu da əlavə edib ki, Avropa Parlamentində Azərbaycan əleyhinə qərəzli qətnamənin qəbul edilməsi qurumun bir qrup üzvünün anti-Azərbaycan dairələrlə və ermənipərəst çevrələrlə işbirliyinin nəticəsidir: “Avropa Parlamentinin məlum qrupunun üzvləri həqiqətən də demokratiya təəssübünü çəksəydilər, 20 ildən artıqdır Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, həmçinin adi insan hüquqlarının pozulması, işğal altında olan ərazilərdə etnik təmizləmə siyasətinin aparılması və s. bu kimi faktları da məlum qətnaməyə daxil edər, Ermənistana təzyiq göstərməyə çalışardılar. Azərbaycanda bir milyona yaxın qaçqın və məcburi köçkünün insan haqları, yaşamaq, ümumiyyətlə, bütün hüquqları pozulub. Amma beynəlxalq təşkilatlar onların hüquqlarının bərpası istiqamətində ciddi addımlar atmırlar. Avropa Parlamentinin bu cür addımı isə özünün nüfuzuna zərbədir”.
Ə.Pənahov onu da bildirib ki, Avropa Parlamentinin yaydığı qətnamə əslində onların “nəyə” xidmət etdiklərini ortaya qoyur. “Bununla həmin qurumun fəaliyyət mexanizminin necə formalaşması bəlli olur və qurumun insanlar arasında nüfuzdan düşməsinə, ona olan etimadın sarsılmasına yol açır. Maraqlıdır ki, “insan hüquqlarından” danışan bir sıra ölkələr özləri insanların hüquqlarını tapdalayır və dini inancları ilə oynayırlar. Bəzi Avropa ölkələri qaçqın olmuş və onlara sığınmaq istəyən müsəlmanlara dinlərini dəyişdirib xristian dinini qəbul etdikləri təqdirdə vətəndaşlıq verəcəklərini deyiblər. Bu fakt onların insan hüquqlarına hansı “prinsiplər”lə yanaşdıgını göstərir”, - deyə Ə.Pənahov qeyd edib.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

