YAP qələbələr partiyasıdır
27.10.2015 [10:00]
YAP-ın deputatlığa namizədi Bahar Muradova Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndinin seçiciləri ilə görüşüb
Oktyabrın 26-da Yeni Azərbaycan Partiyasının (YAP) 84 saylı Füzuli Seçki Dairəsindən deputatlığa namizədi, Milli Məclisin sədr müavini, YAP-ın İdarə Heyətinin üzvü Bahar Muradovanın Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndinin seçiciləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Füzuli rayon təşkilatının sədri, deputatlığa namizəd Bahar Muradovanın səlahiyyətli nümayəndəsi Almaz Həşimova Bahar Muradovanın tərcümeyi-halı barədə məlumat verib və onun vəkillərini görüş iştirakçılarına təqdim edib.
Sonra namizədin vəkilləri çıxış edərək parlament seçkilərinin Azərbaycanın siyasi həyatında və demokratiyanın inkişafında vacib rol oynadığını deyib, seçiciləri bu prosesdə fəal iştirak etməyə çağırıblar. Çıxışlarda həmçinin qələbələr partiyası olan YAP-ın bu seçkilərdə də qalib gələcəyinə əminlik ifadə olunub.
Daha sonra çıxış edən kənd sakinləri onlara göstərilən yüksək diqqət və qayğıdan söz açaraq Bahar Muradovaya bu illər ərzində onları ləyaqətlə təmsil etdiyi üçün təşəkkürlərini bildirib, bunun davamlı olması üçün bir daha ona səs verəcəklərini ifadə ediblər. Rayonun son illər ərzində sosial-iqtisadi inkişafından danışan sakinlər bu yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Seçicilər qarşısında çıxış edən Bahar Muradova öncə seçicilərinə bu cür xoş və səmimi sözlərə görə minnətdarlığını bildirib. Ona hər zaman dəstək olduqlarını razılıqla ifadə edən Bahar Muradova füzulili seçicilərin bu seçkilərdə də ölkənin inkişafına, YAP-ın siyasi xəttinə səs verəcəklərinə inamını bildirib. “Biz bu gün dövlət olaraq əhəmiyyətli bir dövr yaşayırıq. Gələcək həyatımızı, mövqeyimizi, tutduğumuz yola, qarşımızdakı hədəflərə münasibətimizi bir daha dəqiqləşdirməli və bir daha ifadə etməliyik”, - deyən namizəd seçicilərə bu mütəşəkkilliklərinə, aktiv vətəndaşlıq mövqelərinə görə təşəkkür edib.
Xəbər lenti
Hamısına baxSosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43

