/ / YAP Nəsimi rayon təşkilatı Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən tədbir keçirib
YAP Nəsimi rayon təşkilatı Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən tədbir keçirib
03.05.2016 [10:03]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş “Müasir Azərbaycan dövlətinin qurucusu” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı qeyd edib ki, hər il olduğu kimi, bu il də ölkəmizdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günü təntənəli şəkildə qeyd edilir.
“Azərbaycan xalqı xoşbəxt bir xalqdır ki, onun Heydər Əliyev kimi Ümummilli lideri vardır. Biz tarixə nəzər salsaq, görərik ki, həm dünyada, həm də Azərbaycanda çox böyük tarixi şəxsiyyətlər olmuşdur. Bu da bir tarixi gerçəklikdir ki, bir çox dövlətlərin tarixində, hətta Avropanın ən böyük, ən nüfuzlu ölkələrində - Almaniya, Fransa, eləcə də Türkiyə və s. - görkəmli şəxsiyyətlər olmuşdur və həmin dövlətlərin inkişafında bu liderlər müstəsna xidmətlər göstərmişlər. Yeni Azərbaycan Partiyasının banisi və yaradıcısı, müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu Ulu öndər Heydər Əliyev də belə şəxsiyyətlərdəndir”, - deyə rayon təşkilatının sədri vurğulayıb.
M.İbrahimqızı çıxışında daha sonra qeyd edib ki, Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədi yaşatmaq üçün Heydər Əliyev irsi, Onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi xəzinədir. Məhz bu səbəbdən də Ümummilli liderimizin zəngin irsi dərindən öyrənilməli və daim gənc nəslə aşılanmalıdır.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova qeyd edib ki, Ümummilli lider Heydər Əliyev ömrünü çox böyük fədakarlıqla xalqına həsr etmişdir. “Bu ömrün hər bir anı yalnız Ona deyil, bütün Azərbaycan xalqına və dövlətinə, onun işıqlı gələcəyinə həsr olunub. Bizlər də, bəlkə də, Tanrının ən xoşbəxt bəndələriyik ki, bəzi anlarda Onunla birlikdə müstəqil Azərbaycan dövlətinin quruculuğu prosesində iştirak etmişik. Onun məqsədi və amalı, uğrunda çalışdığı isə müstəqil Azərbaycan dövlətinin qurulması, onun inkişaf etdirilməsi və gələcək nəsillərə xidmət etməsi üçün daha da möhkəmlənməsi olmuşdur. Əlbəttə ki, hər bir xalq üçün müstəqil dövlət qurmaq ən ali məqsədlərdən biridir. Bu dövləti qurmaq üçün isə bir neçə vacib şərtlər lazımdır. Bu, ilk növbədə, milli ideyanın olmasıdır. Daha sonra bu ideyanın daşıyıcısı olaraq onu kütlələrə çatdırmaq, xalqı öz ardınca aparmaq üçün milli lider olmalıdır. Yalnız ideya və milli lider ətrafında üçüncü şərt olan milli birliyi əldə etmək mümkündür. Və hər xalqın taleyində vacib olan məqamlarda heç də bu üç şərt hər zaman bir arada olmur. Azərbaycan xalqının çoxəsirlik mövcudluğu tarixinə baxsaq, görərik ki, bu anların üst-üstə düşmədiyi məqamlar daha çox olmuşdur. Və yalnız Ulu öndər Heydər Əliyev bu üç amili Öz adı və fəaliyyəti ətrafında birləşdirərək Azərbaycan dövlətini yoxdan var etməyə müvəffəq olmuşdur”, - deyə Bahar Muradova vurğulayıb.
O, daha sonra qeyd edib ki, milli ideya, milli lider və milli birlik ümumxalq təşkilatı olmadan öz fəaliyyətini doğru-düzgün həyata keçirə bilməz. “Milli liderimizin bu üç şərtə əlavə etdiyi müasir dövrün də əsas tələblərindən biri ümummilli xarakter almış bir partiyanın olmasıdır. Bu, Yeni Azərbaycan Partiyasıdır. Məhz bu partiyanın ideyası ilə silahlanmış Azərbaycan vətəndaşları müstəqil Azərbaycan dövlətini ideyadan gerçəkliyə çevirmiş oldular. Biz bu gün bu gerçəkliyi yaşamaqdayıq”, - deyə vitse-spiker vurğulayıb.
YAP Siyasi Şurasının üzvü, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti o qədər zəngin və mənalı olub ki, onu qısa şəkildə ifadə etmək mümkün deyil. “Ümummilli lider Heydər Əliyev Azərbaycan dövləti və xalqı üçün elə böyük işlər görüb ki, bu haqda saatlarla deyil, günlərlə, aylarla danışmaq olar. Məhz xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldikdən sonra cəbhədə atəşkəs elan olundu, ölkəmiz inkişaf etməyə başladı, dünya dövlətləri sırasında öz layiqli yerini tutmuş oldu. Bu gün Azərbaycan dünya dövlətləri arasında öz müstəqil siyasəti, inkişaf tempi ilə seçilən bir dövlətdir. Bu, onun nəticəsində mümkün olub ki, bu gün Azərbaycanın Ulu öndərimizin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev kimi lideri var. Fəxr edirik ki, bu gün Azərbaycanın İlham Əliyev kimi Prezidenti var. Biz fəxr edirik ki, bu gün Heydər Əliyevin ideyaları reallaşır və ölkəmiz gündən-günə daha da inkişaf edir və çiçəklənir”, - deyə A.Əsgərov vurğulayıb.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov isə Ulu öndərin gənclərə hər zaman diqqət və qayğı ilə yanaşdığını deyib: “Azərbaycanda elə bir sahə təsəvvür etmək mümkün deyil ki, orada Ulu öndərimizin imzası, yaxud onun təməlində Heydər Əliyevin xidmətləri olmasın. Mən burada digər sahələrdən deyil, özümüzdən danışmaq istərdim. Ulu öndərin ölkənin gənclər sahəsində, onun inkişafında misilsiz xidmətləri olmuşdur. Bilirsiniz ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyində milli ideologiya yox idi. Gənclərimiz ayrı-ayrı siyasi qrupların nəzarətində idilər. Gənclərin milli-psixoloji durumu çox aşağı səviyyədə idi. Məhz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan gəncinin qüruru özünə qaytarıldı. Sonrakı illərdə ölkənin gənclər siyasəti müəyyənləşdirildi, gənclərimiz bütün seçkili orqanlarda - Milli Məclisdə, bələdiyyələrdə, dövlət qurumlarında, mərkəzi icra orqanlarında təmsil olunmağa başladılar. Bütün bunlar Ulu öndərimizin Azərbaycan gəncliyinə olan inamının nəticəsidir. Sevindirici haldır ki, bu gün bu siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən də uğurla davam etdirilir”.
Sonra tədbirdə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videofilm nümayiş etdirilib.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxSosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43

