/ / YAP Nəsimi rayon təşkilatı və YAP Gənclər Birliyinin birgə təşəbbüsü ilə “Zəfərə doğru” adlı tədbir keçirilib
YAP Nəsimi rayon təşkilatı və YAP Gənclər Birliyinin birgə təşəbbüsü ilə “Zəfərə doğru” adlı tədbir keçirilib
23.06.2016 [10:18]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və YAP Gənclər Birliyinin birgə təşəbbüsü ilə “Nizami” Kino Mərkəzində 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş “Zəfərə doğru” adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, xalqımız hər il 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününü təntənəli şəkildə bayram edir. Onun sözlərinə görə, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Milli Ordumuz bu gün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha da güclənir: “Son dövrlərdə ordumuzun döyüşlərdə göstərdiyi şücaət, qazandığı qələbələr xalqımızda böyük ruh yüksəkliyi yaratdı, döyüş əzmini artırdı. Əminik ki, ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə işğal altında qalan digər torpaqlarımızı da azad edəcək. Qələbə bayrağımız ölkəmizin dilbər guşələri olan Xankəndi və Şuşada dalğalanacaq. Hər zaman torpaqlarımızın müdafiəsi, ərazi bütövlüyü uğrunda qəhrəmanlıq və şücaət göstərməyə hazır olan Azərbaycan əsgəri şəhidlərimizin qanını yerdə qoymayacaq, lazım gələrsə, canını belə əsirgəməyəcək”.
YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov aprel ayında cəbhə bölgəsində baş verən hadisələrin ordumuzun gücünü nümayiş etdirdiyini bildirib. S.Orucov qeyd edib ki, həmin döyüşlərdə Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vurub. Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın güclü ordusu yaradılıb: “Bu ordu düşmənin layiqli cavabını verir. Biz Prezident, Ali Baş Komandan İlham Əliyevin əsgəri olmaqdan qürur duyuruq. Bu gün YAP-ın çoxminli gənc üzvləri əlinə silah alıb döyüşə getməyə hazırdır”.
Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani çıxış edərək ordumuzun hər zaman Azərbaycan xalqına güvəndiyini bildirib.
Daha sonra tədbir bədii hissə ilə davam edib və hərbi vətənpərvərlik musiqiləri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

