Yeni Azərbaycan Partiyası özünü uğurlar və qələbələr partiyası kimi təsdiq edib
19.11.2016 [10:02]
Tovuzda YAP-ın yaranmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının və Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP-ın yaranmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı, YAP Tovuz rayon təşkilatı İdarə Heyətinin üzvü Tofiq Zeynalov açaraq qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Onun ideyalarını davam etdirərək 24 illik şərəfli yol keçib və özünü uğurlar və qələbələr partiyası kimi təsdiq edib. Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində partiyanın daha da gücləndiyini vurğulayan T.Zeynalov son illər ölkəmizdə qazanılan uğurlardan bəhs edib.
Sonra YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda məruzə edib. O qeyd edib ki, YAP-ın 24 illik tarixi, onun keçdiyi çətin və şərəfli yol göstərdi ki, bu partiyanın təməl daşlarını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməkdə, öz seçimlərində, düşüncə və əməllərində, rəy və proqnozlarında tam haqlı olmuşlar və haqlı olaraq qalırlar: “YAP-ın apardığı böyük, əzəmətli işlər onun mövqeyini daha da möhkəmləndirir, xalqın bu partiyanın ideoloji siyasi xəttinə dəstəyini artırır”.
O, hazırda YAP-ın Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və bu gün regionun ən güclü siyasi təşkilatı olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən YAP Tovuz rayon təşkilatının Gənclər Birliyinin sədri Nihad Pənahov Ulu öndər Heydər Əliyevin gənclərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığını və bu siyasətin YAP Sədri, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq gəncliyin ölkədə həyata keçirilən müasirləşmə siyasətinə, Azərbaycanın gələcək firavan həyatının təmin edilməsinə böyük töhfələr vermək əzmində olduğunu bildirib.
Daha sonra gənc partiya fəalları İdrak Tağıyev, Aytən Tağıyeva və Nərgiz Sabirli çıxış edərək partiyanın fəaliyyətində daha yaxından iştirak edəcəklərini, Ulu öndər Heydər Əliyevin gənclərə qoyduğu əmanətləri şərəflə qoruyacaqlarını bildiriblər.
Tədbirin sonunda YAP sıralarına yeni daxil olmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

