Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir
23.02.2017 [10:07]
Nizami rayonunda Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Xocalı soyqırımı: 25 il yaddaşımızda” mövzusunda tədbir keçirilib
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Nizami rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı, “İki sahil” qəzetinin və “Bakcell” şirkətinin dəstəyi ilə 32 saylı orta məktəbdə “Xocalı soyqırımı: 25 il yaddaşımızda” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları öncə eyniadlı mövzuda təşkil olunmuş rəsm sərgisi ilə tanış olublar.
Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxış edərək Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu bildirib. O deyib ki, Ermənistan rəhbərliyi bu soyqırımını törətməklə xalqımızı qorxutmaq və vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq məqsədi güdüb. Lakin bu hadisələr Azərbaycan xalqının əzmini qıra bilməyib.
Sonra YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva qeyd edib ki, bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsindən 25 il keçir: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verənlər Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək. Həmin gün insan qanına susamış erməni cəlladları bütün dünyanın gözü qarşısında Azərbaycanın bu qədim şəhərində soyqırımı törədib, heç bir günahı olmayan yüzlərlə dinc insanı qətlə yetiriblər”.
Daha sonra tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri Səriyyə Müslümqızı, “İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü, Əməkdar jurnalist Vüqar Rəhimzadə, Bakı şəhəri üzrə Təhsil İdarəsininin müdiri Məhəbbət Vəliyeva, Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş, Milli Qəhrəman Tofiq Hüseynovun oğlu Murad Hüseynov çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın Xankəndidə yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərinin işğal edilməsi və Xocalı sakinlərinə qarşı törədilmiş vəhşiliklərdən danışıblar.
Çıxışlardan sonra rayon məktəbliləri arasında elan edilmiş “Xocalı soyqırımı: 25 il yaddaşımızda” mövzusunda inşa və rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.
Keçirilmiş müsabiqələrdən söz açan YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov bu cür müsabiqələrin həm gənc nəslin Azərbaycan tarixi ilə bağlı maarifləndirilməsinə səbəb olduğunu, həm də onların bilik və bacarıqlarının, yaradıcılıq potensiallarının üzə çıxdığını bildirib.
Sonra qaliblərə diplomlar və hədiyyələr təqdim edilib.
Daha sonra 32 saylı orta məktəbin kollektivinin rayon Mədəniyyət Mərkəzi ilə birgə hazırladığı “Dağın ətəyində bir yaşıl kənd var idi” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19

