/ / YAP Qadınlar Şurasının nümayəndələri Şaqan qəsəbəsində yerləşən Müharibə Əlilləri üçün Müalicə Pansionatında olublar
YAP Qadınlar Şurasının nümayəndələri Şaqan qəsəbəsində yerləşən Müharibə Əlilləri üçün Müalicə Pansionatında olublar
17.03.2017 [10:11]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının nümayəndələri Novruz bayramı münasibətilə Şaqan qəsəbəsində yerləşən Müharibə Əlilləri üçün Müalicə Pansionatında olublar. Tədbirdə çıxış edən pansionatın direktoru, YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva göstərilən diqqətə görə təşəkkür edib. O qeyd edib ki, pansionatın sakinləri hər cür şəraitlə təmin olunmaqla yanaşı, dövlətin bütün sosial proqramlarından istifadə edə bilirlər.
YAP Qadınlar Şurasının sədr müavini, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva pansionatda müalicə olunan insanları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. S.Fətəliyeva bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev qayğıya ehtiyacı olan şəxslərə daim xüsusi diqqət ilə yanaşır. Bu insanların rahat yaşaması, ehtiyaclarının ödənməsi üçün lazımi addımlar atılır.
Azərbaycanın son illər qazandığı böyük uğurlardan danışan S.Fətəliyeva həmçinin qeyd edib ki, Yeni Azərbaycan Partiyası əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə, o cümlədən də ahıl insanlarla, qocalar evində yaşayanlarla, sağlamlıq imkanları məhdud olan insanlarla mütəmadi görüşlər keçirir. “Bizim arzumuz doğma Azərbaycanımızı firavan, xoşbəxt görməkdir. Arzu edirik ki, hamılıqla bir yerdə torpaqlarımızın işğaldan azad olunmasını bayram edək, belə bayramları həmin torpaqlarda keçirək. Azərbaycan Prezidenti bu məqsədlərə çatmaq üçün uğurlu siyasət həyata keçirir”, - deyə YAP Qadınlar Şurasının sədr müavini vurğulayıb. Onun sözlərinə görə, YAP daim müxtəlif layihələr reallaşdıraraq qayğıya ehtiyacı olan insanlarla görüşlər keçirir. S.Fətəliyeva belə görüşlərin bundan sonra da davam edəcəyini deyib.
O qeyd edib ki, bu pansionatın sakinləri üçün lazım olan bütün imkanlar və şərait yaradılıb: “Burada yaşayan insanların əhval-ruhiyyəsinin yaxşı olması bizi sevindirir. Bu, bizim hökumətimizin və partiyamızın həyata keçirdiyi siyasətin humanizmindən, insanpərvərliyindən, insanlara qayğısından xəbər verir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təmin olunması üçün istifadə edilsin, o cümlədən də, qayğıya ehtiyacı olan bütün insanlar diqqət mərkəzindən kənarda qalmasınlar. Bizim belə tədbirlərimiz də dövlətimizin, Prezident İlham Əliyevin siyasətinə dəstək xarakteri daşıyır”.
Daha sonra pansionat sakinlərinə Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının bayram sovqatı təqdim olunub. Görüş konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

