/ / YAP Nərimanov rayon təşkilatında Respublika Veteranlar Şurasının üzvləri və müharibə, əmək və silahlı qüvvələrin veteranları ilə görüş keçirilib
YAP Nərimanov rayon təşkilatında Respublika Veteranlar Şurasının üzvləri və müharibə, əmək və silahlı qüvvələrin veteranları ilə görüş keçirilib
30.03.2018 [10:27]
11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında Respublika Veteranlar Şurasının üzvləri və müharibə, əmək və silahlı qüvvələrin veteranları ilə görüş keçirilib.
Tədbiri YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev açaraq, Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin apardığı ardıcıl və sistemli islahatlar, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə istər regionda, istərsə də bütün dünyada qazandığı uğurlardan danışıb. T.Tağıyev müstəqil Azərbaycanın inkişafında müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yolundan da bəhs edib, YAP-ın monolit birliyi, böyük sosial bazası olan bir partiya olduğunu, Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasına daim etibar etdiyini və dəstəklədiyini bildirib. O, bütün uğurların davamlı olması üçün hər kəsi 11 aprel seçkilərində partiyamızın Sədri, dövlət başçısı İlham Əliyevə səs verməyə çağırıb.
Respublika Veteranlar Şurasının sədr müavini, polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına yüksək qayğı göstərdiyini vurğulayıb. “Möhtərəm Prezidentimiz çıxışlarında daim deyir ki, veteranlar, şəhid ailələri daim diqqət və qayğı ilə əhatə olunmalıdırlar. Biz bu diqqət, qayğını həmişə görmüşük. Bu gün dünyada müharibələr, qanlı toqquşmalar mövcuddur. Azərbaycanda isə ictimai-siyasi sabitlikdir. Ölkədə iqtisadi yüksəliş ildən-ilə artır. Azərbaycan artıq regionun lider dövlətinə çevrilib. Regionumuzda heç bir layihə Azərbaycan dövlətinin iştirakı olmadan həyata keçirilə bilmir. Əlbəttə ki, bütün bu uğurlara məhz Prezidentimiz İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində nail olunub. Azərbaycan Müharibə və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq biz möhtərəm Prezidentimiz İlham Əliyev ilə fəxr edirik. Təhlükəsizliyimizin, stabilliyimizin qarantı İlham Əliyevdir. İlham Əliyevin yenidən Prezident seçilməsi Azərbaycanın gələcəyi üçün çox vacibdir”, - deyə C.Xəlilov qeyd edib.
Daha sonra Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Mircəfər Həsənov çıxış edərək, hər zaman olduğu kimi, bu seçki prosesində də Ağsaqqallar Şurası olaraq fəal iştirak edəcəklərini və YAP tərəfindən irəli sürülmüş namizədi dəstəklədiklərini vurğulayıb.
YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova çıxış edərək bildirib ki, Azərbaycan qadını özünü heç vaxt ölkəmizdəki inkişaf proseslərindən kənarda hiss etməyib. Onun sözlərinə görə, qadınların hüquqlarının qorunması, onların sosial vəziyyətinin yaxşılaşdırılması dövlətin əsas prioritetlərindən biridir. M.İbrahimova qeyd edib ki, qadınlar bu il ölkədə keçiriləcək prezident seçkilərində yaxından iştirak edərək xalqın namizədi olan cənab İlham Əliyevə səs verəcəklər.
Tədbirdə daha sonra YAP Nərimanov rayon təşkilatının sədr müavini Vaqif Novruzov, Veteranlar Şurasının üzvü Zemfira Kərimova, Nərimanov rayon Rus İcmasının rəhbəri Lidiya Hacıyeva və digərləri çıxış edərək vətəndaşları 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

