Beyləqanlılar YAP-a rəğbət bəsləyir, onu dəstəkləyir
09.12.2009 [10:06]
Yeni Azərbaycan Partiyası (YAP) dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasını davam etdirir. Partiyanın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri Beyləqan rayonunda da seçicilərlə görüşlər keçirib. Tədbirlərdə çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri Rəfail Pəsiyev hakim partiyanın digər yerli strukturları kimi, YAP Beyləqan rayon təşkilatının da bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq görülən işlərin dekabrın 23-də məntiqi nəticəni verəcəyini vurğulayıb. Beyləqanda 37 bələdiyyənin fəaliyyət göstərdiyini söyləyən R.Pəsiyevin sözlərinə görə, qarşıdan gələn seçkilərdə bu bələdiyyələrə 323 nəfər üzv seçiləcək. YAP Beyləqan rayon təşkilatının bütün yerlərə öz namizədlərini irəli sürdüyünü xatırladan R.Pəsiyev bu seçkilərdə qadınların və gənclərin bələdiyyələrdə təmsilçilik əmsalının artırılmasına xüsusi diqqət yetirildiyini də nəzərə çatdırıb. Beyləqan sakinlərinin dövlətə və dövlətçiliyimizə daim sədaqət nümayiş etdirdiyini vurğulayan rayon təşkilatının sədri qarşıdan gələn bələdiyyə seçkilərində də bunun bir daha təsdiqlənəcəyini söyləyib: “Beyləqanlılar Azərbaycanın inkişafı, dövlətçiliyimizin möhkəmlənməsi yolunda edilmiş səyləri, atılmış addımları yüksək qiymətləndirir. Ona görə də, rayonumuzun sakinləri YAP-a rəğbət bəsləyir, onu dəstəkləyir”.
çıxış edən YAP-ın bələdiyyə seçkilərindən səlahiyyətli nümayəndəsi, millət vəkili Rüstəm Xəlilov ölkəmizdə müşahidə olunan sosial-iqtisadi inkişafdan danışıb. Onun sözlərinə görə, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan iqtisadi-sosial siyasətin bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dövlətimiz böyük inkişaf yolu keçib: “Bu gün bu inkişaf özünü hər bir regionda, ucqar kəndlərdə göstərir. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla icra olunması nəticəsində ölkəmizin bütün regionlarında inqilabi dəyişikliklər nəzərə çarpır. Bu proqramın məntiqi davamı olaraq hazırlanmış yeni Dövlət Proqramında ölkə regionlarının inkişafı sahəsində əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi, başlanmış inkişaf tədbirlərinin davam etdirilməsi nəzərdə tutulub. Təbii ki, bu proqramın uğurla nəticələnməsi üçün bələdiyyələrin də üzərinə böyük yük düşəcək. çünki yerlərdə bu tədbirlərin həyata keçirilməsi səviyyəsi həmin bələdiyyələrin işinin effektindən də kifayət qədər asılı olacaq. Ona görə də, hamımız bu seçkilərə daha məsuliyyətlə yanaşmalı, etimad göstərdiyimiz, inandığımız şəxslərin bələdiyyələrdə təmsil olunmasına çalışmalıyıq”.
YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, millət vəkili Səfər Məmmədov Yeni Azərbaycan Partiyasının seçkilərdə qazandığı uğurlardan və əldə olunan nailiyyətlərdən söhbət açıb. Onun sözlərinə görə, 17 il öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqda, öz sıralarını genişləndirməkdədir. YAP-ın nəinki ölkəmizdə, eyni zamanda, regionda ən böyük siyasi partiya olmasının qürurverici fakt olduğunu diqqətə çatdıran millət vəkilinin sözlərinə görə, partiyanın bu qüdrətə sahib olmasının başlıca şərti onun xalq tərəfindən sevilməsi, dəstəklənməsidir. S.Məmmədov deyib ki, məhz xalqın bu cür böyük etimad göstərməsi və ciddi dəstəyi partiyanın uğurlarında əsas rol oynayır.
Millət vəkili Gülhüseyn Əhmədov isə Azərbaycanda bələdiyyə strukturunun formalaşması və tarixindən geniş bəhs edib: “1995-ci ildə müstəqil respublikamızın ilk Konstitusiyası referendum yolu ilə qəbul olunduqdan sonra həmin sənəddə mülkiyyətin bölünməsi, hakimiyyətin formalarının müəyyənləşdirilməsi və həmçinin, yerli özünüidarənin təşkili məsələləri əksini tapmışdır. Həmin dövrdən başlayaraq cəmiyyətimizdə yeni bir idarəetmə institutunun yaradılması ideyası ortaya çıxdı. O dövrdə də Milli Məclisdə yaradılan daimi komissiyalardan biri yerli özünüidarə məsələləri daimi komissiyası idi. Həmin komissiyada ilk olaraq gələcəkdə bələdiyyələrin təşkil olunması, onun fəaliyyətinin hüquqi tənzimlənməsi üçün müvafiq bazanın formalaşdırılması istiqamətində qanunlar, normativ hüquqi sənədlər hazırlanmağa başladı. 1995-ci ildən 1999-cu ilə qədər bu proses davam etdi və 1999-cu ildə respublikamızda ilk dəfə olaraq bələdiyyə seçkiləri keçirildi. 2004-cü ildə isə ölkəmizdə ikinci dəfə bələdiyyə seçkiləri keçirildi. Hazırda 3-cü mərhələnin astanasında olduğumuz bir məqamda, tam səmimi olaraq deyə bilərik ki, bələdiyyələr ölkəmizin siyasi, iqitsadi, mədəni həyatında fəal rol oynamağa başlayıblar. Mən əminəm ki, gələcək illərdə onlar üzərlərinə daha böyük missiyalar götürəcək, xalqımıza daha yüksək səviyyədə xidmət edəcəklər”.
Sonra çıxış edən YAP-ın namizədləri partiyamız tərəfindən onlara böyük etimad göstərildiyini söyləyib və üzərlərinə düşən məsuliyyəti dərk etdiklərini bildiriblər. Namizədlər əmin ediblər ki, seçiləcəkləri təqdirdə bütün qüvvələri ilə onlara göstərilən etimadı doğrultmağa çalışacaqlar.
Seçicilər də YAP-ın müdafiə etdiyi siyasi kursu əməlləri ilə dəstəklədiklərini, bundan sonra partiyanın bütün tədbirlərində fəal iştirak edəcəklərini, qarşıdan gələn bələdiyyə seçkilərində isə hakim partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.
Sonda seçicilərin çoxsaylı sualları cavablandırılıb.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
04 Dekabr 12:34
Gündəm
04 Dekabr 12:22
Dünya
04 Dekabr 12:10
Gündəm
04 Dekabr 11:56
Gündəm
04 Dekabr 11:45
Siyasət
04 Dekabr 11:30
İqtisadiyyat
04 Dekabr 11:28
İqtisadiyyat
04 Dekabr 11:27
Hadisə
04 Dekabr 11:27
Siyasət
04 Dekabr 11:13
Siyasət
04 Dekabr 10:59
Siyasət
04 Dekabr 10:38
Siyasət
04 Dekabr 10:37
İqtisadiyyat
04 Dekabr 10:36
Siyasət
04 Dekabr 10:28
İqtisadiyyat
04 Dekabr 10:17
MEDİA
04 Dekabr 09:55
Hadisə
04 Dekabr 09:50
Analitik
04 Dekabr 09:38
Siyasət
04 Dekabr 09:15
Analitik
04 Dekabr 08:51
Analitik
04 Dekabr 08:36
Sosial
04 Dekabr 08:13
Dünya
04 Dekabr 08:05
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:03
İqtisadiyyat
03 Dekabr 23:14
Dünya
03 Dekabr 22:48
Dünya
03 Dekabr 22:16
Dünya
03 Dekabr 21:54
Dünya
03 Dekabr 21:22
Dünya
03 Dekabr 20:51
İqtisadiyyat
03 Dekabr 20:19
İdman
03 Dekabr 19:45
Sosial
03 Dekabr 19:17
İdman
03 Dekabr 19:07
YAP xəbərləri
03 Dekabr 18:33
Xəbər lenti
03 Dekabr 17:36
Hərbi
03 Dekabr 17:36
YAP xəbərləri
03 Dekabr 17:22
Sosial
03 Dekabr 16:19
YAP xəbərləri
03 Dekabr 15:20
Hadisə
03 Dekabr 15:08
Sosial
03 Dekabr 15:06
Sosial
03 Dekabr 14:02
Xəbər lenti
03 Dekabr 13:38
İqtisadiyyat
03 Dekabr 12:40
Dünya
03 Dekabr 12:29
İdman
03 Dekabr 12:25
Sosial
03 Dekabr 12:23
Gündəm
03 Dekabr 11:59
Siyasət
03 Dekabr 11:45
Siyasət
03 Dekabr 11:40
İqtisadiyyat
03 Dekabr 11:39
Siyasət
03 Dekabr 11:29
Sosial
03 Dekabr 11:16
İqtisadiyyat
03 Dekabr 11:15
İqtisadiyyat
03 Dekabr 11:14
İqtisadiyyat
03 Dekabr 10:57
İqtisadiyyat
03 Dekabr 10:55
İqtisadiyyat
03 Dekabr 10:52
İqtisadiyyat
03 Dekabr 10:35
MEDİA
03 Dekabr 10:18
Analitik
03 Dekabr 09:57
Analitik
03 Dekabr 09:31
Analitik
03 Dekabr 09:16
Analitik
03 Dekabr 08:59
Sosial
03 Dekabr 08:36
Sosial
03 Dekabr 08:12

