Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Gəncədə hərbi şəhərciyin sakinləri Pərvin Kərimzadəni dəstəkləyirlər

Gəncədə hərbi şəhərciyin sakinləri Pərvin Kərimzadəni dəstəkləyirlər

26.01.2020 [09:23]

Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərda 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən namizəd Pərvin Kərimzadə Gəncə şəhər Yeni Gəncə qəsəbəsində yerləşən hərbi şəhərçiyin sakinləri ilə görüşüb.
Ehtiyatda olan hərbi qulluqçuların, şəhid ailələrinin və hərbi şəhərciyin sakinlərinin iştirak etdiyi görüşdə ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan uğurlu layihələrdən, aparılan islahatlardan danışılıb.
Qeyd edilib ki, Prezident İlham Əliyev ilk gündən bəyan edib ki, bizim siyasətimizin mərkəzində insan amili, Azərbaycan vətəndaşı dayanır. Regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin olunması, bütün sahələrdə qazanılan əsaslı uğurlar Azərbaycan vətəndaşlarının həyat şəraitinin daha da yaxşılaşdırılması üçün atılan addımlara nümunədir.
Görüş iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını dilə gətiriblər.
Pərvin Kərimzadə seçicilərə onu səmimi qarşıladıqlarına, göstərdikləri yekdil dəstəyə görə təşəkkür edib, onları 9 fevral Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər günü inkişafa, yeniliyə, ictimai-siyasi sabitliyə - daha güclü Azərbaycan naminə səs verməyə çağırıb.

Paylaş:
Baxılıb: 620 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Sosial

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30