/ / Yeni Azərbaycan Partiyasının namizədi Nəsib Məhəməliyev Balakən rayonunun Talalar və Qazma kəndlərində seçicilərlə görüşüb
Yeni Azərbaycan Partiyasının namizədi Nəsib Məhəməliyev Balakən rayonunun Talalar və Qazma kəndlərində seçicilərlə görüşüb
29.01.2020 [10:07]
Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 109 saylı Balakən seçki dairəsindən namizədliyi irəli sürülən Nəsib Məhəməliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir. Növbəti belə görüşlər Balakən rayonunun Talalar və Qazma kəndlərində keçirilib. Görüşlərdə YAP-ın Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərindən danışılaraq qeyd olunub ki, partiyamız öz fəaliyyəti ilə xalqımızın ona göstərdiyi etimadı doğruldub və ümumxalq partiyasına çevrilməyi bacarıb.
Görüşlərdə çıxış edən YAP-ın namizədi Nəsib Məhəməliyev bildirib ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan uğurlu layihələr, aparılan islahatlar nəticəsində bütün Azərbaycanda olduğu kimi, Balakən rayonunda da böyük işlər görülüb: “Şübhəsiz ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev ideyalarının və bu gün bu ideyaları layiqincə həyata keçirən Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Bu uğurlu siyasət dövlətçiliyimizin, xalqımızın inkişafına, tərəqqisinə yönəlmişdir. Təbiidir ki, bu nailiyyətlər ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və cəmiyyətimiz xalqın mənafeyinə xidmət edən bu siyasi kursu dəstəkləyir”.
N.Məhəməliyev daha sonra bildirib ki, V çağırış Milli Məclisin deputatı kimi fəaliyyəti dövründə hər zaman seçicilərinin yanında olmağa çalışıb. “Seçicilərimin etimadını doğrultmağı həmişə özümə borc hesab etmişəm”, - deyən N.Məhəməliyev yenidən seçicilərin etimadını qazanıb millət vəkili seçilərsə, bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini, seçiciləri ən layiqli şəkildə təmsil edəcəyini bildirib.
Görüşdə çıxış edən seçicilər - Vaqif Əliyev, Məhəmməd Şakirov, Pərvanə Xəlilova, Əhməd Əliyev, İslambəy Şahverdiyev, Sabir Novruzov, Tural İbrahimov və digərləri N.Məhəməliyevin fəaliyyətini yüksək qiymətləndirərək 9 fevralda keçiriləcək seçkilərdə də YAP-ın namizədi Nəsib Məhəməliyevə dəstəklərini ifadə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

