Balakənlilərin seçimi YAP-ın namizədi Nəsib Məhəməliyevdir
01.02.2020 [11:13]
Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 109 saylı Balakən seçki dairəsindən namizədliyi irəli sürülən Nəsib Məhəməliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri uğurla davam edir. Növbəti belə görüşlər rayon mərkəzində və rayonun Meşəşambul kəndində keçirilib. Görüşlərdə çıxış edən namizədin vəkilləri və YAP Balakən rayon təşkilatında yaradılan seçki qərargahının üzvləri ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin uğurları barədə danışıblar. Həmçinin YAP-ın Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərindən bəhs olunaraq bildirilib ki, partiyamız öz fəaliyyəti ilə xalqımızın ona göstərdiyi etimadı doğruldub və ümumxalq partiyasına çevrilməyi bacarıb.
Görüşlərdə çıxış edən YAP-ın namizədi Nəsib Məhəməliyev bildirib ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan uğurlu dövlət siyasəti nəticəsində bu gün ölkəmiz dünyanın ən yüksək sürətlə inkişaf edən ölkələrindən biridir. Azərbaycan beynəlxalq münasibətlərin güclü və müstəqil aktoru kimi bir çox mühüm təşəbbüs və layihələrin müəllifidir. O, həyata keçirilən Dövlət proqramları nəticəsində bütün digər şəhər və rayonlarımızda olduğu kimi, Balakən rayonunda da böyük işlər görüldüyünü vurğulayıb.
N.Məhəməliyev daha sonra bildirib ki, V çağırış Milli Məclisin deputatı kimi fəaliyyəti dövründə hər zaman seçicilərinin yanında olmağa çalışıb. “Seçicilərimin etimadını doğrultmağı həmişə özümə borc hesab etmişəm”, - deyən N.Məhəməliyev yenidən seçicilərin etimadını qazanıb millət vəkili seçilərsə, bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini, seçiciləri ən layiqli şəkildə təmsil edəcəyini bildirib.
Görüşlərdə çıxış edən seçicilər - Məryəm Tağıyeva, İradə Qımrıyeva, Mehriban Kuxova, Sabir Qazaxov, Hacı Osmanov, Həcər Hüseynova, Əsiyət Şoxuyeva və digərləri Nəsib Məhəməliyevin fəaliyyətini yüksək qiymətləndirərək 9 fevralda keçiriləcək seçkilərdə də YAP-ın namizədinə səs verəcəklərini birmənalı şəkildə ifadə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

