Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / 29 saylı Səbail seçki dairəsindən YAP-ın namizədi Aytən Hüseynova rayonun şəhid ailələri ilə görüşüb

29 saylı Səbail seçki dairəsindən YAP-ın namizədi Aytən Hüseynova rayonun şəhid ailələri ilə görüşüb

05.02.2020 [09:51]

Fevralın 9-da keçiriləcək parlament seçkilərində 29 saylı Səbail seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Aytən Hüseynova fevralın 3-də Səbail rayonunda şəhid ailəsi üzvləri ilə görüşüb.
Çıxış edən YAP namizədinin səlahiyyətli nümayəndəsi Zəfər Bayramov qarşıdan gələn və ictimai-siyasi əhəmiyyətinə görə mühüm hadisə olan 9 fevral parlament seçkiləri və Səbail rayonunda seçki öncəsi aparılan təbliğat-təşviqat işləri haqqında danışıb.
Şəhid ailələri ilə görüşdən son dərəcə məmnun olduğunu xüsusi qeyd edən YAP-ın namizədi Aytən Hüseynova Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizin əziz xatirəsini böyük ehtiram və məhəbbətlə yad edərək bildirib ki, biz bugünkü firavan və rahat həyat şəraitimiz, müstəqil dövlətçiliyimiz üçün qəhrəman şəhidlərimizə minnətdar olmalı, onların əbədiyaşar xatirəsini əziz tutmalı, şəhid ailələrinə daim ən yüksək diqqət və qayğıyla yanaşmalı və onların həyat şəraitinin yaxşılaşması üçün əlimizdən gələni əsirgəməməliyik.
Seçicilərin təkliflərini diqqətlə dinləyən A.Hüseynova şəhid ailələrinə səmimi görüş üçün ürəkdən təşəkkür edib və şəhid ailələri ilə görüşlərin mütəmadi şəkildə bundan sonra da təşkil olunacağını bildirib.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 653 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31