/ / Vüsal Əliyev: Azərbaycan Ordusunun Ermənistanın silahlı qüvvələrinin təxribatçı hərəkətlərinə layiqli cavab verməsi qürurvericidir
Vüsal Əliyev: Azərbaycan Ordusunun Ermənistanın silahlı qüvvələrinin təxribatçı hərəkətlərinə layiqli cavab verməsi qürurvericidir
15.07.2020 [08:21]
“12 iyul tarixindən mənfur düşmənlərimizin qəfildən hücuma keçməsi Ermənistanın yeritdiyi cılız siyasətin göstəricisidir. Bildiyimiz kimi, dünyanı cənginə alan COVID-19 infeksiyası ilə hər bir ölkə mübarizə aparmağa çalışır. Lakin bunun öhdəsindən gələ bilməyən Ermənistan diqqətə başqa yönə çəkməyə, ictimai fikri manipulyasiya etməyə çalışır. Pandemiya ilə mübarizədə, demək olar ki, heç bir nailiyyət əldə edə bilməyən erməni hökuməti xalqın narazılığından qorxaraq daha bir səhvə yol verdi. Cəmiyyət tərəfindən heç bir dəstək görməyən, onsuz da iqtisadiyyatı acınacaqlı vəziyyətə düşmüş ölkənin pandemiya ilə mübarizədə heç bir uğuru ola bilməzdi”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Vüsal Əliyev deyib.
V.Əliyev bildirib ki, istər Azərbaycan Prezidentinin görüşlər zamanı Paşinyana tutarlı cavablar verərək yerində oturtması, istər BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün qlobal səviyyədə dəstəklənməsi mənfur qonuşlarımızı həm çox narahat edir, həm də get-gedə mövqelərinin zəifləməsini sürətləndirir.
“Onu qeyd etmək istərdim ki, Azərbaycan xalqı hər zaman cənab Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyir. Yaxın keçmişdə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan Aprel döyüşləri Ordumuzun qüdrətini və hazırlıq səviyyəsinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Azərbaycan Ordusu Tovuz istiqamətində atəşkəsi pozan Ermənistanın silahlı qüvvələrinə layiqli cavab verir ki, bu da qürurvericidir. Eləcə də gənclərimizdə döyüş ruhu çox yüksəkdir. Mən bir Azərbaycan gənci kimi torpaq, vətən uğrunda döyüşə getməyə və Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə hər zaman hazıram”, - deyə V.Əliyev qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

