YAP Sumqayıt şəhər təşkilatı ictimai-siyasi proseslərdə daim fəal iştirak edir
24.07.2020 [09:17]
Şəhər təşkilatının 335 ərazi ilk partiya təşkilatında 28 min 635 nəfər partiya üzvü birləşib
Məlum olduğu kimi, ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası (YAP) yarandığı vaxtdan böyük inkişaf yolu keçib. Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları əsasında uğurla fəaliyyət göstərən partiyamız bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır. Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının sıralarında 750 mindən çox üzv birləşib.
Ölkəmizin siyasi həyatında fəal iştirak edən Yeni Azərbaycan Partiyasının gücünü şərtləndirən amillərdən biri də onun monolit yerli strukturlara malik olmasıdır. Ötən illər ərzində partiyanın rayon və şəhər təşkilatları da əhəmiyyətli dərəcədə inkişaf ediblər, həmçinin ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, təşkilatın 1993-cü il fevralın 20-də təsis konfransı olub və o dövrdən fəaliyyətə başlayıb.
“Məlumat üçün bildirim ki, 335 ərazi ilk partiya təşkilatında 28 min 635 nəfər partiya üzvü birləşib. YAP Sumqayıt şəhər təşkilatının İdarə Heyətinin üzvlər 23 nəfər, Şura üzvləri isə 87 nəfərdən ibarətdir”, - deyən R.Hüseynov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etməsi, ölkənin yeni-yeni nailiyyətlər əldə etməsi və ölkəmizin beynəlxalq nüfuzunun artması vətəndaşlarda da yüksək əhval-ruhiyyə yaradır.
Hazırda ölkədə koronavirus pandemiyası ilə ciddi mübarizə aparıldığını deyən R.Hüseynov söyləyib ki, bu prosesdə yaxından iştirtak edən şəhər təşkilatının üzvləri partiya rəhbərliyinin tapşırıqlarına yüksək səviyyədə əməl etməyə çalışır. Onun sözlərinə görə, 19 mart-3 iyun tarixində YAP Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə 157 ailəyə gigiyenik vasitələr paylanıb. Aprelin 4-dən iyun ayının 3-ə qədər isə partiyanın könüllüləri 307 imkansız ailəyə ərzaq yardımı çatdırıblar. Həmin müddət ərzində könüllülərimiz Sumqayıt şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə birlikdə 109 imkansız ailəyə sosial xidmət və 347 ailə başçısını itirmiş ailəyə ərzaq yardımı çatdırılmasında iştirak ediblər. Digər bir vacib məqam isə bu dövr ərzində YAP Sumqayıt şəhər təşkilatının könüllülərinin Heydər Əliyev Fondunun dəstəyi ilə 1430 imkansız ailəyə ərzaq yardımı çatdırılmasında iştirak etməsidir.
R.Hüseynov onu da diqqətə çatdırıb ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində sosial aksiyalar həyata keçirilir. Bu aksiyada YAP Sumqayıt şəhər təşkilatının könüllüləri sakinlərə tibbi maskadan istifadə etməyin vacibliyini çatdırır və pulsuz maska paylayırlar. YAP Sumqayıt şəhər təşkilatı tərəfindən şəhər ərazisində təşkil olunan müxtəlif sosial aksiyalarda isə partiyanın könüllüləri hər gün sakinlərlə maarifləndirici söhbətlər aparırlar.
Yeri gəlmişkən qeyd edək ki, YAP Sumqayıt şəhər təşkilatının Qadınlar Şurası da şəhərin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayır. Nəzərə alsaq ki, şəhər təşkilatının tərkibində cəmiyyətin əsas sahələrində fəaliyyət göstərən 15 min 672 nəfər qadın birləşib, o zaman, Qadınlar Şurasının işinin böyük rol oynadığını söyləmək olar. Şəhər təşkilatının Qadınlar Şurasının sədri Nazilə Cəlilova qadınların fəaliyyətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, həm seçkilərdə, həm də müxtəlif sosial-ictimai əhəmiyyətli tədbirlərdə və görüşlərdə qadınlar xüsusi fəallıq göstərirlər. “Hər ilin əvvəlində şəhər təşkilatının Qadınlar Şurasının illik iş planı tərtib olunur, eyni zamanda, mühüm ictimai-siyasi hadisələrlə əlaqədar olaraq əlavə tədbirlər təşkil edilir”, - deyə N.Cəlilova vurğulayıb.
Gənclər də YAP Sumqayıt şəhər təşkilatının işində çox fəal iştirak edirlər. “Sumqayıt respublikamızın ən böyük şəhərlərindən biridir. Gənclərimiz şəhərin ictimai-siyasi həyatında fəallıq göstərirlər”, - deyən YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin sədri Fəridə Qafarovanın sözlərinə görə, şəhər təşkilatının üzvlərinin 13 mindən çoxu gənclərdən ibarətdir. Gənclər Birliyinin 67 nəfərdən ibarət Şurası və 25 nəfərdən ibarət İdarə Heyəti fəaliyyət göstərir.
Gənclərin partiyaya axın etdiyini söyləyən F.Qafarova deyib ki, bunun əsas səbəblərindən biri sıralarında intellektual gəncliyi birləşdirən YAP-ın hər bir gəncə öz potensialını reallaşdırmaq üçün şərait yaratmasıdır. F.Qafarova qeyd edib: “YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyi olaraq dövlətimiz və partiyamız tərəfindən yaradılan geniş şərait çərçivəsində Sumqayıt gənclərinin fəallığını təmin etmək, onların intellektual, ictimai-siyasi sferada özünü təsdiq edə bilən gənc kimi formalaşması üçün çalışmağı əsas məqsədlərimizdən biri hesab edirik və bu istiqamətdə mütəmadi olaraq müxtəlif mövzulu tədbirlər təşkil edilir”.
“Təəssüflər olsun ki, dünyada tüğyan edən COVID-19 pandemiyası Azərbaycandan da yan keçmədi. Lakin Prezident İlham Əliyevin vaxtında, uzaqgörənliklə verdiyi qərarların nəticəsidir ki, artıq aylardır, dünyanı öz cənginə alan bu dəhşətli pandemiyadan ölkəmiz, dövlətimiz üzüağ çıxır. Pandemiya ilə ələqədar müxtəlif yardım kampaniyaları, maarifləndimə işləri və s. tədbirlər həyata keçirilir. Bu istiqamətdə YAP Sumqayıt şəhər təşkilatı və onun Gənclər Birliyi də dövlətimizin və Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi yardım kampaniyalarında aktiv iştirak edir. Qeyd edim ki, pandemiya dövründə də YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyi işini davam etdirib, onlayn formada öz tədbirlərini həyata keçirib”, - deyə o əlavə edib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

