Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Əli Paşayev: Koronavirus ayrı-ayrı fərdləri və dövlətləri deyil, bütün bəşəriyyəti təhdid altında saxlayır

Əli Paşayev: Koronavirus ayrı-ayrı fərdləri və dövlətləri deyil, bütün bəşəriyyəti təhdid altında saxlayır

30.07.2020 [10:02]

“Koronavirus ayrı-ayrı fərdləri və dövlətləri deyil, bütün bəşəriyyəti təhdid altında saxlayır”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı Gənclər Birliyinin fəal üzvü Əli Paşayev deyib.
Əli Paşayev qeyd edib ki, bəşəriyyətin ümumi bəlasına çevrilmiş COVID-19 pandemiyası şəraitində dünya dövlətlərinin özünütəcrid xarakteri daşıyan tədbirlər əvəzinə, qlobal həmrəyliyə və qlobal baxışa zəruri ehtiyac olduğunu bildirən Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə bağlı təşəbbüsü dünya dövlətləri tərəfindən dəstəkləndi.
“BMT-yə üzv 130 dövlət tərəfindən bu təşəbbüsün dəstəklənməsi, beynəlxalq ictimaiyyətin ölkəmizə olan böyük etimadının və hörmətinin növbəti göstəricisidir. Biz gənclər qürur hissi keçirir və fəxr edirik ki, dövlət başçısımız yalnız Öz xalqının deyil, bütün bəşəriyyətin sağlamlığını düşünür”, - deyə o qeyd edib.

Paylaş:
Baxılıb: 555 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31