/ / Kubra Əliyarlı: Azərbaycan-Türkiyə birliyinin əbədiyyətə qədər davam edəcəyinə zərrə qədər şübhə yoxdur
Kubra Əliyarlı: Azərbaycan-Türkiyə birliyinin əbədiyyətə qədər davam edəcəyinə zərrə qədər şübhə yoxdur
17.12.2020 [09:16]
“Bu gün Azərbaycan xalqımızın, dövlətimizin və ordumuzun birliyinin və həmrəyliyinin təntənəsini qürurla yaşayır. Azərbaycan 30 ilə yaxındır ki, davam edən Ermənistanın işğalçılıq siyasətinə və vandalizminə son qoymaqla həm BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirdi, həm də regionu erməni faşizmindən xilas etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı və Ordumuz misli görülməmiş qəhrəmanlıq dastanı yazdı”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının baş məsləhətçisi Kubra Əliyarlı deyib.
K.Əliyarlının sözlərinə görə, dekabrın 10-da Bakıda keçirilən tarixi qələbəmizə həsr olunmuş Zəfər paradı qələbəmizin miqyasını və əhəmiyyətini göstərmək baxımından mühüm əhəmiyyət daşıyır: “Bu zəfərimiz, həm də ona görə möhtəşəmdir ki, təkcə torpaqlarımızın azadlığı ilə deyil, mənəvi-psixoloji əhəmiyyəti ilə də fərqələnir. Uzun illər erməni terrorçuları tərəfindən məruz qaldığımız qətliam və soyqırımı aktlarının qisası alındı. Bu parad, tariximizə ilk Zəfər paradı kimi daxil olmaqla, Ordumuzun yenilməzliyini göstərdi. Artıq bütün dünya anladı ki, heç bir qüvvə bu məğrur xalqın iradəsini sındıra və onu yolundan döndərə bilməz”.
“Zəfər paradında Vətən müharibəsi dövründə ölkəmizə siyasi, mənəvi dəstəyini əsirgəməyən, haqq mübarizəmizdə yanımızda olan qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyədən gələn nümayəndə heyətinin iştirakı iki ölkənin birliyinin göstəricisi olmaqla yanaşı, bu birliyin bundan sonra da uğurla davam etdiriləcəyinin bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın parad və iki ölkə arasında sənədlərin imzalanması mərasimindəki qətiyyətli açıqlamaları dövlətlərimizin bütün məsələlərdə yekdil mövqedən çıxış edəcəklərini sübut etdi. Bu reallıq bir daha göstərdi ki, Azərbaycan-Türkiyə birliyinin əbədiyyətə qədər davam edəcəyinə zərrə qədər şübhə yoxdur”, - deyə K.Əliyarlı bildirib.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

