Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Binəqədi rayon təşkilatının kollektivi Hərbi Qənimətlər Parkını ziyarət edib

YAP Binəqədi rayon təşkilatının kollektivi Hərbi Qənimətlər Parkını ziyarət edib

29.04.2021 [08:51]

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının kollektivi Hərbi Qənimətlər Parkını ziyarət edib. Ziyarət zamanı iştirakçılara məlumat verilib ki, Hərbi Qənimətlər Parkında Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbə nəticəsində ələ keçirilən qənimətlərin bir hissəsi sərgilənir. Parkda Ermənistan silahlı qüvvələrinə məxsus olan, Vətən müharibəsi zamanı erməni hərbi birləşmələrinin döyüş meydanında qoyub qaçdıqları hərbi texnika, həmçinin Şuşada tapılan “İsgəndər-M” raketinin qalıqları da nümayiş etdirilir.
Parkın ərazisində qurulan “Videozal” otağında Vətən müharibəsinə aid videoçarxlar və qısametrajlı filmləri izləmək mümkündür. Orada Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Qələbə” tvitləri, aparıcı media qurumlarına müsahibələri, xalqa müraciətlərindən ibarət olan hissələrə tamaşa etmək də olar.
Hərbi Qənimətlər Parkında düşmənin uzun illər boyu yaratdığı müdafiə mövqelərinin real mənzərəsi də canlandırılır. Belə ki, parkın ərazisində xüsusi yaradılmış pavilyonda bunkerlər, müdafiə mövqeyinin ibarət olduğu bütün otaqlar, atəş nöqtələri, saxlanclar, tunellər, sədlər və səngərlərlə tanış olmaq mümkündür. Eyni zamanda, Ermənistan ordusu bölmələrinin döyüş mövqelərində xidmət və məişət şəraiti, erməni əsgərlərinin maketləri, dəbilqələri də Hərbi Qənimətlər Parkında sərgilənir.
Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığının təzahürü olan Hərbi Qənimətlər Parkını ziyarət rayon təşkilatının kollektivində yüksək təəssüratlar yaradıb.

Paylaş:
Baxılıb: 593 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31