Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Tərtərdə tədbir keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Tərtərdə tədbir keçirilib

07.05.2021 [10:26]

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə "Heydər Əliyev – müasir Azərbaycanın banisi, gənclərin ilham mənbəyi" mövzusunda tədbir keçirilib. YAP Tərtər rayon təşkilatının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar hazırladığı Tədbirlər Planına uyğun olaraq keçirilən tədbirdə rayonun təhsil, səhiyyə, mədəniyyət və digər təşkilatlarında çalışan gənc YAP üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları öncə pandemiya qaydalarını gözləmək şərti ilə Ulu Öndərin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, Onun əziz xatirəsini ehtiramla anıblar. Tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin sədri Tunarə Məmmədzadə "Heydər Əliyev – müasir Azərbaycanın banisi, gənclərin ilham mənbəyi" mövzusunda məruzə ilə çıxış edib. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dönəmlərdə Azərbaycan gəncliyinin firavan həyatı, təhsili, sağlamlığı, vətənpərvər ruhda böyüməsi üçün daim qayğı göstərməsindən danışıb. Tunarə Məmmədzadə Ulu Öndərin əsasını qoyduğu  gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini deyib.

Tədbirdə, həmçinin rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Tərtər rayon Mərkəzi Xəstəxanasının feldşeri Fuad Xanlarov, Səhləbad kənd tam orta məktəbin müəllimi Aysel Ağazadə, Heydər Əliyev Mərkəzinin əməkdaşı Nəcmiyyə Zeynalzadə, Umudlu kənd tam orta məktəbin müəllimi Mirvari Ələkbərli çıxış edərək gənclərimizin Heydər Əliyev ideyalarına daim sadiqlik nümayiş etdirmələrindən danışıb, onların Prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini deyiblər.

Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Paylaş:
Baxılıb: 976 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31