YAP Nəsimi rayon təşkilatının hesabat konfransı keçirilib
22.06.2021 [09:32]
İyunun 21-də Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatlarının hesabat konfranslarına start verilib.
İlk olaraq, YAP Nəsimi rayon təşkilatının videoformatda hesabat konfransı keçirilib. Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun iştirak etdiyi tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, hesabat dövrü ölkəmizin həyatında əzəmətli nailiyyətlər və əlamətdar tarixi hadisələrlə zəngin olub. Uğurla keçirilmiş 2018-ci ilin prezident, 2019-cu ilin bələdiyyə, 2020-ci ilin parlament seçkiləri ölkəmizin ictimai-siyasi həyatında olduqca önəmli yer tutub. Zəfərlə nəticələnmiş Vətən müharibəsi isə yaddaşlarımıza və tariximizə əbədi yazılacaq.
M.İbrahimqızı qeyd edib ki, YAP Nəsimi rayon təşkilatı və onun hər bir üzvü hər zaman dövlətimizin başçısı İlham Əliyevin uğurlu siyasətinin nəticələrinin rayon əhalisi arasında fəal şəkildə təbliğini, partiyamızın həyata keçirdiyi layihələrdə üzərinə düşən vəzifə və öhdəlikləri yerinə yetirməyə çalışıb. Rayon təşkilatının hesabat dövrü ərzində gördüyü işlər slaydlarla təqdim olunub.
Sonra YAP Nəsimi rayon təşkilatının hesabat dövründəki fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Daha sonra YAP Nəsimi rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Azər Maqsudovun hesabat məruzəsi təqdim olunub.
Məruzələr dinlənildikdən sonra Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, YAP Nəsimi rayon təşkilatının sədr müavini Asif Əsgərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, YAP Nəsimi rayon təşkilatının İdarə Heyətinin üzvü Mustafa Babanlı, Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini, YAP Nəsimi rayon təşkilatının sədr müavini Elsevər Ağayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri, komitə üzrə ərazi ilk partiya təşkilatının sədr müavini Gülbəniz Əliyeva və Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri, agentlik üzrə ərazi ilk partiya təşkilatının sədri Fərman Qurbanlı çıxış edərək YAP Nəsimi rayon təşkilatının hesabat dövrü ərzində fəaliyyətinə dair fikirlərini bildiriblər.
Konfransda çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov hazırda ölkəmizin inkişafının yeni mərhələsinin başlandığını bildirib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımız azad edilib, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Bu Zəfər Azərbaycanın gücünü və qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Yeni Azərbaycan Partiyasının ölkəmizin həyatındakı mühüm rolundan bəhs edən Tahir Budaqov qeyd edib ki, partiyamız məhz 1990-cı illərin əvvəllərində Azərbaycanın çətin sınaq qarşısında qaldığı bir zamanda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılıb. YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etsə də, onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə xalqımız, o cümlədən dəyərli ziyalılarımız bu ağır durumdan çıxış yolunu yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Xalqın gələcəyini düşünən bir qrup ziyalı Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı Ulu Öndər Heydər Əliyevə müraciət etdi və Ulu Öndərimiz bu partiyanın yaradılmasına və ona rəhbərlik etməsinə razılıq verdi. Beləliklə, 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyası təsis edildi. Yarandıqdan qısa müddət sonra isə YAP hakimiyyətə gəldi. Partiyamızın qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmiz bütün çətinliklərdən xilas oldu. Bütün xalqımız Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq idelogiyası ətrafında sıx birləşərək respublikamızın inkişaf və tərəqqisinə nail oldu. Həmin dövrdə Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasının təntənəsi bu gün də müstəqil respublikamızın davamlı inkişafında özünü ifadə edir.
Tahir Budaqov, həmçinin Yeni Azərbaycan Partiyasının VII qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib və qeyd edib ki, qurultayda partiyamızın Sədri, Prezident İlham Əliyevin proqram xarakterli nitqi, möhtəşəm Zəfərdən sonra yaranmış reallıqlar YAP üzvləri qarşısında yeni vəzifələr müəyyələşdirir. Ona görə də Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətində bu vəzifələrin yerinə yetirilməsi xüsusi diqqət mərkəzində olacaq. Bu baxımdan, YAP qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətini yeni, müasir tələblərə uyğun olaraq davam etdirməlidir. Bu prosesdə partiyamızın yerli təşkilatları da fəal iştirak etməlidir. YAP Nəsimi rayon təşkilatının partiyamızın mütəşəkkil, aktiv yerli strukturlarından biri olduğunu deyən Tahir Budaqov təşkilatın hesabat dövrü ərzindəki fəaliyyətini müsbət qiymətləndirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev çıxış edərək bildirib ki, hər bir siyasi təşkilat mütəmadi olaraq yenilənməli, ideoloji prinsiplərini yeni dövrün tələblərinə uyğunlaşdırmalı, funksional və struktur islahatları baxımından dövrün çağırışlarına cavab verməlidir. Bu baxımdan, VII qurultayda partiyanın strukturunda yeni seçimlərin edilməsi, YAP-ın yeni Nizamnaməsinin qəbulu təşkilati nöqteyi-nəzərdən xüsusi önəm daşımaqla bərabər, partiyanın fəaliyyətinin stimullaşdırılmasına və səmərəlilik səviyyəsinin artırılmasına əhəmiyyətli töhfələr verəcəyi şübhəsizdir.
Qeyd edək ki, konfransda YAP Nəsimi rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

