Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının XI hesabat konfransı keçirilib
30.06.2021 [10:20]
İyunun 29-da Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının videoformatda XI hesabat konfransı keçirilib.
Əvvəlcə, Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev hesabat məruzəsi ilə çıxış edib. T.Tağıyev bildirib ki, Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatında mühüm yeniliklərin əsasını qoyub, partiyamız yarandığı vaxtdan siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Onun sözlərinə görə, partiyamızın Bakı şəhəri üzrə ilk yerli təşkilatı Nərimanov rayonunda yaradılıb.
Qeyd edilib ki, YAP Nərimanov rayon təşkilatının X konfransında üzvlərin sayı 21300 nəfər olduğu halda, XI konfransa qədərki dövrdə üzvlərin sayı 22888 nəfərə çatıb. Hal-hazırda ərazi ilk partiya təşkilatlarının sayı 120-dir. Hesabat dövründə rayon təşkilatı tərəfindən siyasi-ideoloji işin təşkili, ictimai-siyasi və mədəni-kütləvi tədbirlərin keçirilməsi və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, şəhid ailələrinə qayğı göstərilməsi istiqamətində müxtəlif tədbirlər keçirilib.
Sonra YAP Nərimanov rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Nizami Babaşovun hesabatı dinlənilib.
Müzakirələr zamanı YAP Nərimanov rayon təşkilatı İdarə Heyətinin üzvü, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Nərimanov rayon təşkilatının sədr müavini, Təhsil nazirinin müavini Firudin Qurbanov, YAP Veteranlar Şurasının üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, YAP Nərimanov rayon təşkilatının Şura üzvü, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, YAP Nərimanov rayon təşkilatı ərazi ilk partiya təşkilatının sədri, 45 saylı tam orta məktəbin direktoru, şəhidin həyat yoldaşı Nəcibə Axundova və YAP Nərimanov rayon təşkilatının üzvü, şəhid atası Arif Hümbətov çıxış edərək YAP Nərimanov rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildiriblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, YAP dünənin, bugünün və gələcəyin partiyasıdır. Onun sözlərinə görə, fəaliyyət göstərdiyi illər ərzində Yeni Azərbaycan Partiyası öz proqramında nəzərdə tutulan vəzifələri yerinə yetirib. Bu baxımdan VII qurultayda qəbul olunmuş qərarlar, partiyamızın Sədri, Prezident İlham Əliyevin qurultayda qarşıya qoyduğu tövsiyə və tapşırıqlar hər bir partiya üzvü üçün yeni vəzifələr müəyyənləşdirir.
XI hesabat konfransının keçirilməsi münasibətilə YAP Nərimanov rayon təşkilatının üzvlərini təbrik edən Əhliman Tağıyev təşkilatın gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, konfransda YAP Nərimanov rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

