Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının XII hesabat konfransı keçirilib
13.08.2021 [09:21]
Avqustun 12-də Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatının videoformatda XII hesabat konfransı keçirilib.
Əvvəlcə Azərbaycanın xilaskarı və qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Balakən rayon təşkilatının sədri Azad Balayev hesabat məruzəsi ilə çıxış edib. Azad Balayev hesabat dövründə Azərbaycanın uğurlarının zirvəsində dayanan tarixi Zəfərimizdən bəhs edərək bildirib ki, ölkə Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə rəşadətli Ordumuz 44 gün ərzində 30 illik işğala son qoydu, tariximizi şərəfləndirən, gələcəyimizə işıq salan böyük Qələbəyə imza atdı.
A.Balayev təşkilatın hesabat dövründə həyata keçirdiyi tədbirlərin xronologiyasını təqdim edərək vurğulayıb ki, hər bir mühüm hadisəyə, tarixi günə həsr olunan tədbirlərdə məqsəd onların bu günümüz üçün əhəmiyyətini təbliğ etmək, Azərbaycan tarixinin zənginliyini bir daha indiki və gələcək nəsillərə çatdırmaqdır. Təşkilat sədri qeyd edib ki, YAP Balakən rayon təşkilatı ölkədə keçirilən seçki proseslərində də fəal iştirakı ilə diqqətdə olub. Partiyanın hər bir üzvü Heydər Əliyev ideyalarının, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Azərbaycana möhtəşəm uğurlar qazandıran, yeniliklərə, təkmilləşməyə yol açan siyasətinin təbliğatçısıdır.
Sonra YAP Balakən rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Turan Dibirovun hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı çıxış edən YAP Balakən rayon təşkilatının İdarə Heyətinin üzvü, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Milli Məclisin deputatı Nəsib Məhəməliyev, rayon təşkilatının Qadınlar Şurasının sədri Züleyxa Dibirova, təşkilatın Gənclər Birliyinin sədri Nurlan Şibliyev hesabat dövrü ərzində görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqillik tarixində gördüyü işlər, Azərbaycanın ən yüksək zirvələri fəth etməsi üçün yaratdığı möhkəm təməl, həmçinin bu təməl üzərində ölkəmizin son 18 ildə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlar, tarixi Zəfərimiz bundan sonra da respublikamızın dayanıqlı inkişafını təmin edəcəkdir.
Ə.Tağıyev vurğulayıb ki, sözlə əməl birliyini, monolitliyini qoruyan Yeni Azərbaycan Partiyasının 29 ildə əldə etdiyi uğurların miqyası böyükdür. Partiyanın VII Qurultayında qəbul olunan qərarlar qarşıdakı dövrdə görüləcək işlərin aydın mənzərəsini yaradır. Partiyanın hər bir üzvü dövrün tələblərinə uyğun olaraq müəyyənləşdirilən hədəflərin gerçəkləşməsinə öz töhfəsini verməlidir.
YAP Balakən rayon təşkilatının fəaliyyətini müsbət qiymətləndirən Ə.Tağıyev təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Balakən rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

