"Zəfər qurultayı" hər bir azərbaycanlıya qürür yaşatdı
25.04.2022 [15:31]
2020-ci il Vətən müharibəsi xalqımızın gələcək inkişaf tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. Torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizədə vahid amal uğrunda birləşən xalqımız "dəmir yumruğ"a çevrilib düşmənin başına endi. Təsadüfi deyil ki, o çətin anlarda yalnız Azərbaycanın daxilində yaşayan vətəndaşlarımız deyil, sərhədlərimizdən kənarda yaşayan soydaşlarımız da "Qarabağ Azərbaycandır" şüarını dilində əzbərə çevirmişdi. Həmin günlərdə minlərlə soydaşımız Qarabağın azadlığı uğrunda döyüşmək üçün can atır, yaşadığı ölkədə Azərbaycan həqiqətlərinin təbliğ olunması üçün bütün gücünü ortaya qoyurdu. Bir sözlə, birliyimiz, həmləyliyimiz qələbəmizin mühüm amillərindən biri kimi çıxış etdi.
Artıq müharibə arxada qalıb və Qarabağımız öz azadlığına qovuşub. Qalib Azərbaycan regionda yeni siyasi, iqtisadi reallıqlar yaradır, qlobal əməkdaşlığın yeni platformalarını formalaşdırır. Bir neçə gün öncə Mədəniyət paxtaxtımız Şuşa şəhərinə yığılan həmvətənlərimiz də məhz qələbənin işığına toplaşdı. Prezident İlham Əliyev tərəfindən "Zəfər qurultayı" adlandırılan Dünya Azərbaycanlılarının V Qurultayı milli birliyimizi, həmrəyliyimizi növbəti dəfə dünyaya nümayiş etdirdi. Bu qələbə Azərbaycan xalqının qələbəsidir və cənab Prezidentin də ifadə etdiyi kimi dünya azərbaycanlılarının həmrəyliyi Qələbə ilə yekunlaşdı: "Həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Hər birimiz hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu Qələbə gününü yaxınlaşdırdıq. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi".
"Zəfər qurultayı"nda Azərbaycan xalqının Vətən müharibəsi dövründəki döyüş yoluna bir daha nəzər salındı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərybaycan xalqı bütün sferalarda düşmənlə amansız mübarizə apardı. Xaricdə yaşayan azərbaycanlılar həmin dövrdə yaşadıqları ölkələrdə keçirdikləri dinc aksiyalarla Azərbaycanın haqq səsinin carçısına çevrildilər. Onlar düşmən təxribatlarının qarşısını almaq üçün bütün müstəvilərdə öz güclərini səfərbər etdilər – dövlət başçımızın da bildirdiyi kimi, çıxışlarında, şərhlərində, sosial şəbəkələrdə və digər imkanlardan istifadə edərək, Azərbaycanın haqq səsini, haqq işini yaşadığınız ölkələrin ictimaiyyətinə çatdırdılar.
Qurultayda çıxış edən möhtərəm Prezidentmiz müharibənin gedişi, qələbənin təmini üçün beynəlxalq müstəvidə aparılmış qətiyyətli fəaliyyət, vaxtilə Ermənistanın xeyrinə olan beynəlxalq dəstəyi Azərbaycanın lehinə dəyişmək uğrunda görülən fenomenal işlər, ən əsası Azərbaycan xalqının, Azərbaycan əsgərinin və bütövlükdə cəmiyyətimizin milli həmrəyliyi ilə bağlı məqamlara toxundu. Qısa zaman ərzində işğaldan azad edilmiş torpaqlarda görülən böyük quruculuq, abadlıq işləri isə hər kəsi heyrətə salmaqdadır. Halbuki, dünya azərbaycanlılarının qələbə işığına yığışdığı Şuşada vaxtilə bir dənə də salamat tarixi bina qalmamışdı. Prezident İlham Əliyev bu məsələ ilə bağlı öz fikirlərini belə ifadə etdi: "Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular, məscidlərimizi təhqir etmişdilər, sökmüşdülər, saraylarımızısökmüşdülər. Təkcə Şuşa yox, bütün digər şəhərlər də eyni vəziyyətdədir. Tamamilə dağılmış Ağdamı xarici ekspertlər, jurnalistlər Xirosimaya bənzədirlər. İşğalçılar qəbirləri qazırdılar, ölülərin qızıl dişlərini çıxarırdılar. Ermənistan və erməni xalqı bu vəhşiliyə görə dünya miqyasında rəzil oldu. Biz təkcə işğalçını yox, faşistləri məhv etdik".
Ulu Öndər Heydər Əliyev hər zaman deyirdi ki, dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq hər bir azərbaycanlı öz dövlətinin maraqlarını qorumalıdır. Bu mənada dünya azərbaycanlılarının sonuncu qurultayı həm də gələcək üçün fəaliyyət proqramıdır. Öz çıxışında xaricdə yaşayan azərbaycanlıların öz tarixi Vətəni ilə sıx bağlı olmalı olduğunu bir daha qeyd edən Prezident İlham Əliyev bildirdi ki, "Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar - xüsusilə azad edilmiş torpaqlara getmək üçün. Azad edilmiş ərazilər on min kvadratkilometrdən çoxdur və indi marşrutlar da açılır, aeroportlar da tikilir. Ona görə gəliş-gediş çox rahat olacaq". Bəli, xaricdə yaşayan vətəndaşlarımız güclü Azərbaycanın təmsilçisi olmalı, ürəyi isə hər zaman vətən eşqi ilə döyünməldir!
Elnur Əmirəslanov
YAP Hacıqabul rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

