Dövlətimizin daha da qüdrətlənməsi naminə Yeni Azərbaycan Partiyasına səs verin!
20.10.2010 [09:30]
7 noyabrda keçiriləcək parlament seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin təbliğat - təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir. Belə görüşlərdən biri də Goranboy rayonunun Tapqaraqoyunlu kəndində keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov bildirib ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, növbəti parlament seçkilərində iştirak etmək üçün namizədliyin irəli sürülməsi müddəti başa çatıb. Rayonda iki seçki dairəsi yerləşir və Yeni Azərbaycan Partiyası bu dairələr üzrə öz namizədlərini irəli sürüb.
Belə ki, partiyanın İdarə Heyətinin qərarına əsasən, 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən Goranboy rayon Telekommunikasiya Qovşağının rəisi Muxtarov Hafiz Əli oğlunun, 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən isə YAP Siyasi Şurasının üzvü, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Məmmədova Gülçöhrə Hüseyn qızının millət vəkilliyinə namizədliyi YAP tərəfindən irəli sürülüb. Onun sözlərinə görə, bu namizədlər ictimai-siyasi fəaliyyətləri və şəxsi keyfiyyətləri ilə ictimaiyyət arasında böyük hörmət və nüfuz qazanıblar. Goranboyun inkişaf və tərəqqi yolunda inamlı addımlar atmasında YAP fəallarının da böyük rolunun olduğunu söyləyən təşkilat sədrinin sözlərinə görə, bütün çətinlikləri və maneələri mətinliklə, cəsarətlə dəf edən partiya üzvləri daha bir sınaq qarşısındadırlar: “2010-cu il noyabr ayının 7-də Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçiriləcək. ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası öz namizədləri ilə bu seçkidə iştirak edir”.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən namizədi Gülçöhrə Məmmədovanın vəkili Şahin Allahverdiyev namizədin tərcümeyi-halı və platforması ilə seçiciləri tanış edib.
Daha sonra söz Gülçöhrə Məmmədovanın digər vəkili AMEA Kibernetika İnstitutunun direktoru, Akademik Telman Əliyevə verilib. O, vurğulayıb ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Güclü dövlət, yüksək rifah” şüarı ilə qatılıb: “Məlum həqiqətdir ki, möhtərəm Prezidentimiz Azərbaycanın güclü və qüdrətli dövlət olması, insanların rifah halının yüksəlməsi, firavan, xoşbəxt həyat sürməsi naminə yorulmaq bilmədən çalışır. Yeganə məqsədimiz ölkə başçısının fəaliyyətini yekdilliklə dəstəkləmək və YAP-ın qələbəsinə nail olmaqdır. Ona görə, sizlərin hər birinizi YAP-ın layiqli namizədi Məmmədova Gülçöhrə Hüseyn qızına səs verməyə çağırıram”.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputatlığa namizədi Gülçöhrə Məmmədova görüşdə belə mütəşəkkilliklə iştirak etdiklərinə görə, seçicilərə minnətdarlıq edib və öz platforması barədə ətraflı məlumat verib. O, qeyd edib ki, Milli Məclisə, ölkənin ali qanunvericilik orqanına seçkilər Azərbaycanın ictimai-siyasi həyatının ən mühüm hadisələrindən biridir. Bu seçkilər ölkədə həyata keçirilən siyasi strategiyaya xalqın münasibətini əks etdirərək gələcək inkişaf xəttinin formalaşmasına istiqamət verəcək. Gülçöhrə Məmmədova əlavə edib ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasətin həyata keçirilməsi nəticəsində ölkəmizdə sabitlik və əmin-amanlıq yaradılıb, xalqımıza firavan gələcək vəd edən iqtisadi uğurların təməli qoyulub, insan hüquq və azadlıqları təmin edilib. Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi altında yeni çalarlar əlavə olunaraq davam etdirilir. Qısa vaxtda yüz minlərlə yeni iş yerlərinin açılması, əməkhaqlarının, təqaüd və müavinətlərin dəfələrlə artırılması, ölkəmizdə ildən-ilə geniş vüsət alan quruculuq-abadlıq işləri və infrastruktur layihələri hər bir vətəndaşın həyat səviyyəsini yüksəldib. Azərbaycan bütün sosial-iqtisadi göstəricilərə görə, regionun lider dövlətinə çevrilib.
Sonda Tapqaraqoyunlu kənd sakini, Respublika Ağsaqqallar Şurasının üzvü, Əməkdar müəllim Taryel Abbasov çıxış edərək bildirib ki, goranboylu seçicilər Azərbaycanın xoşbəxt gələcəyi naminə seçkilərdə fəal olacaq, dövlətimizin daha da qüdrətlənməsi, hər bir Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasını təmin edən hakim partiyanın namizədini dəstəkləyəcəklər.
Fazil İsmayilov
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

