Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Zəfər Qurultayı QƏLƏBƏmizin əbədiliyinin daha bir qürur simvolu olacaq

Zəfər Qurultayı QƏLƏBƏmizin əbədiliyinin daha bir qürur simvolu olacaq

28.04.2022 [17:39]

22 aprel 2022-ci il...  Həmin gün könlü 30 ildə Şuşasızlıqdan qubar bağlamış bir Vətənin - Azərbaycanımızın adını daşıyan oğulları  dünyanın hər yerindən yalnız munis və müqəddəs görünən bir ocağa, bir ünvana tələsirdilər: əsl VƏTƏN OĞULLARININ öz canları, qanları və əsl igidlik, qəhrəmanlıqları ilə mənfur düşmən əsirliyindən azad etdikləri ŞUŞA ocağına, ŞUŞA ünvanına! Qədəm –qədəm, addım –addım irəlilədikcə, anbaan zaman keçdikcə urəklərinin döyüntüsü də artırdı o oğulların... Axı, Şuşa ilə görüşəcəklər... Axı, Şuşa havasını udacaqlar... Şuşa torpağını  qoxlayacaqlar... Bu an o an idi – Həsrətin və ayrılığın əbədi yox olacağı, ən döğma və ən əzizlərin görüşdüyü AN!!! Bu   əzizliyi, bu müqəddəsliyi möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan  cənab İlham Əliyev Şuşa azad edilən gün bütün dünyaya göstərdi, Şuşamıza ən əziz insan kimi müraciət etdi, sevincdən, qalib sərkərdənin qalibiyyət xəbərindən qürurlanan urəklərimiz bu xitabın möhtəşəmliyindən və munisliyindən bir o qədər də kövrəldi, minnətdarlıq etməyə söz tapa bilmirdik. : “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”- dedi, Hər kəsin həsrətlə gözlədiyi bu xəbəri bundan gözəl müjdələmək, bundan gözəl ifadə etmək mümkünmü?! Müharibə meydanında mümkünsüzü mümkün edən müzəffər Ali Baş Komandan nitqində də adiliyin fövqündə durmuşdu, məgrur-məğrur dayanmışdı... Bütün bunları bütün dünya kimi, Əziz ŞUŞA da görürdü, duyurdu və... həqiqətən yaşayırdı. Məhz buna görə bu aprel günündə günəş istiliyi və hərarəti ilə qarşılayırdı doğmalarını... onların  sevinci, qüruru da bir-birinə qarışmışdı: Zəfər qüruruna! Dünyanın ən ağıllı və ədalətli lideri yenə yeni, daha bir möhtəşəm tarix yaradırdı: dünyanın neçə ölkəsinə səpələnmiş Azərbaycanlıları birliyə toplamışdı:  əziz Şuşada  ZƏFƏR Qurultayına!.. Bəli, dünyanın müharibələr məngənəsində çalxalandığı bir vaxtda Azərbaycan yenə dünyanın diqqətini Azərbaycana, Qarabağa və əziz Şuşaya çəkməyi bacarmışdı! Həm də yenə birliyimizin böyüklüyünün əzəmətinə - Dünya azərbaycanlılarının Zəfər Qurultayına!

 Bu Qurultay başdan-başa böyük və mühüm  tarixi hadisədir. Və Ulu öndərin miras qoyub getdiyi azərbaycançılıq ideologiyası üzərində qurulmuş möhtəşəm birlyin  göstəricisi oldu. Şuşa Qurultayı igid Azərbaycan oğullarının nəyə qadir olduqlarına yerində göstərmək üçün əsl məqam  və məkan yeri, onun təqdiminin yeni baxış bucağı idi. Müdrik rəhbərimiz cənab İlham Əliyevin  Qurultaydakı açılış niqində Dünya Azərbaycanlılarının Şuşa Qurultayını Zəfər Qurultayı adlandırması bir daha dünyaya Vətən müharibəsindəki Qələbənin əbədiliyinə diqqət yönəltməsinin siyasi gedişi oldu və möhtəşəm nitqində: - Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq! Xalq öz torpaqlarındadır, bu torpaqda möhkəm dayanıb və heç kim heç vaxt bu torpaqlardan xalqımızı tərpədə bilməz,- fikirləri ilə böyük Qələbəmizin bir daha kəskin qəti mesajlarinı verdi, güc mənbəyinin ünvanını göstərdi: “Xalq-iqtidar birliyi!” Bəli, bu birlik idi o sınmayan, əyilməyən, zərbəsinə dözülməyən Dəmir yumruq! 

Və cənab Prezident İlham Əliyev nitqində: “İşğaldan azad olunmuş bütün ərazilər erməni vandalizminin canlı şahididirlər. Şuşada bir dənə də salamat tarixi bina qalmamışdır. Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular, məscidlərimizi təhqir etmişdilər, sökmüşdülər, saraylarımızı sökmüşdülər. Təkcə Şuşa yox, bütün digər şəhərlər də eyni vəziyyətdədir. Tamamilə dağılmış Ağdamı xarici ekspertlər, jurnalistlər Xirosimaya bənzədirlər. İşğalçılar qəbirləri qazırdılar, ölülərin qızıl dişlərini çıxarırdılar. Ermənistan və erməni xalqı bu vəhşiliyə görə dünya miqyasında rəzil oldu. Biz təkcə işğalçını yox, faşistləri məhv etdik” –deyərək işğaldan azad olunan vəziyyətin həqiqətini dünya ictimaiyyətinə çatdırdı.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin nitqindəki ən mühüm məqamlardan biri də unutqanlığımıza yox deməklə bağlı tarixi həqiqətlərə diqqət çəkməsi oldu. Cənab Prezident tarixi faktlarla bildirdi ki, “ tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir. XIX əsrdə imzalanmış müqavilələri beynəlxalq ictimaiyyətə çatdırmaq kifayətdir. Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələri. Orada erməni əhalisindən söhbət getmir. Kürəkçay müqaviləsini İbrahimxəlil xan Şuşalı və Qarabağlı, - titulu belə də gedib, - imzalayıb. XIX əsrin bu tarixi hadisələrindən sonra Qarabağa ermənilərin kütləvi köçü başlamışdır. Bu da heç kimə sirr deyil və artıq dünya ictimaiyyəti, ekspertlər bunu bilir. Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında daim beynəlxalq ictimaiyyətini məlumatlandırmalıyıq, deyərək qarşıdakı ən mühüm vəzifənin vacibliyini önə çəkdi. Və yenə də cənab Prezident hər zamankı kimi  bütün kürsülərdən istifadə etdiyi kimi bu kürsüdə də tariximizin  qaranlıq da qalmış məqamlarına məqamların işıqlandırdı və gözlər önünə sərdi. Bildirdi ki, XIX əsrdə, XX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi. 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi, bu da tarixi faktdır. Ondan iki il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana bağışlaması, bu da sənədlərlə təsdiq olunan faktdır. 1921-ci ildə sovet hakimiyyəti tərəfindən bizə qarşı növbəti təxribat hazırlanırdı - Qafqaz Bürosu Qarabağı da bizdən qoparmaq istəyirdi. Ancaq alınmadı və qərar qəbul olundu ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Amma buna baxmayaraq, il yarım keçəndən sonra – 1923-cü il iyulun 7-də Azərbaycan ərazisində tamamilə əsassız, süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti. Bunun yaradılmasının heç bir əsası yox idi. O vaxt indiki Ermənistanda yaşayan azərbaycanlıların sayı Qarabağda yaşayan ermənilərlə müqayisədə bəlkə də iki dəfə çox idi. Ondan sonra 1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası, - bu da xalqımız üçün böyük faciə və böyük ədalətsizlik idi. Azərbaycanlılar öz tarixi torpaqlarından Azərbaycanın Mil-Muğan zonasına zorla köçürülmüşdür. O Azərbaycana qarşı bu edildi ki, İkinci Dünya müharibəsində 300 min Azərbaycan övladı müharibəyə getdi, qayıtmadı.”

Bəli, Zəfər Qurultayı  böyük əhəmiyyətinə görə mühüm tarixi hadisə kimi böyük QƏLƏBƏmizin əbədiliyinin daha bir qürur simvolu olacaq və şanlı tariximizi əbədi bəzəyəcəkdir!

YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya

Paylaş:
Baxılıb: 114 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Sosial

Xəbər lenti

Siyasət

Prezident bu gün

Prezident bu gün

25 May 10:30

MEDİA

Siyasət

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31