Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır!
01.06.2022 [13:35]
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
26-29 may tarixlərində Bakı şəhərində keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı Azərbaycan-Türkiyə birliyinin növbəti təntənəsi oldu. 28 May Müstəqillik Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi geniş nümayəndə heyətinin ölkəmizə səfər etməsi və festivalda iştirak etməsi əsl qardaşlıq nümunəsidir.
Məlumdur ki, “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı 2018-ci ildən başlayıb və hər il keçirilir. Bu festivalın nüfuzu ildən-ilə artmaqdadır və beynəlxalq əhəmiyyət kəsb etməyə başlayıb. İlk dəfə “TEKNOFEST”in Türkiyədən kənarda - Azərbaycanda təşkil olunması isə iki ölkə arasında qardaşlığı, dostluğu, strateji müttəfiqliyi əks etdirməklə yanaşı, həmçinin texnologiya sahəsində əməkdaşlığımızın ifadəsidir. Dövlətimizin başçısı İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST Azərbaycan”da çıxışları festivalın əhəmiyyətini, eləcə də ölkələrimizin birliyini və həmrəyliyini bir daha nümayiş etdirdi. Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır.
Qeyd edim ki, 44 günlük Vətən müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deyə bəyan etdi. Bu bəyanat Azərbaycana əlavə güc, ruh və inam verdi. Eyni zamanda, Türkiyənin bu qətiyyətli mövqeyi bütün dünyaya mesaj oldu. Qələbəmizin qazanılmasında qardaş dövlətin prinsipial mövqeyi xüsusi rol oynadı. Müharibənin gedişində “Bayraktar” pilotsuz uçuş aparatı düşmən texnikalarının məhv edilməsində öz sözünü dedi. Azərbaycan xalqı qardaş türk xalqının dəstəyini və həmrəyliyini hər zaman yüksək qiymətləndirir. Vətən müharibəsindən sonra isə tarixi Şuşa Bəyannaməsini imzalanması ölkələrimizin münasibətlərini rəsmi olaraq strateji müttəfiqlik səviyyəsinə yüksəltdi.
Festivalda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da tarixi nitq söylədi. Cənab Ərdoğanın dediyi kimi, bu il diplomatik əlaqələrimizin yenidən qurulmasının 30-cu ildönümünü böyük bir qürurla qeyd edirik. Ortaq tariximizdən aldığımız ilhamla aramızdakı dostluq və məhəbbəti daha da sağlamlaşdırır, birlik və bərabərliyimizi daha da möhkəmləndiririk. Diplomatik münasibətlərimiz 30 il əvvəl qurulsa da, bizləri ortaq tarix, mədəniyyət, ənənələr, dil və din birliyi birləşdirir. Müasir dövrdə isə münasibətlərimiz ən yüksək zirvədədir. Bu münasibətlər davamlı inkişaf edərək artıq regionumuzda sülh, əməkdaşlıq və təhlükəsizliyin qarantına çevrilməkdədir. Çox qürurluyuq ki, bizim birliyimiz həm də, beynəlxalq güc amilinə çevrilməkdədir. Beləliklə, Azərbaycan-Türkiyə birliyi daha da güclənməkdədir və bu birlik əbədi və sarsılmazdır!
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30

