30 illik yol uğurlu gələcəyimizin təqdimatıdır
28.11.2022 [10:22]
Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyası təsis olunmasının 30 illiyini qeyd etdi. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev noyabrın 21-də bu münasibətilə keçirilən tədbirdəki çıxışında bir daha 30 illik yolu təhlil edərək bildirdi ki, partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan çətin günlər yaşayırdı. Müstəqilliyimizin bərpasının birinci ili çox ağır keçmişdi. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər, ölkənin gələcəyini düşünən insanlar nicat yolunu Heydər Əliyevin simasında gördü və məhz buna görə Ulu Öndərə müraciət ünvanladılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirildi. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak etdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı.
YAP-ın təsis konfransından yeddi ay sonra ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Bu mühüm hadisə həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Ümummilli Liderin adını daşıyan partiya yarandığı gündən ümumxalq partiyası kimi tanındı. Partiyada müxtəlif kateqoriyadan olan insanların təmsil olunması onun xalqın partiyası kimi təqdimatında əhəmiyyətli rol oynayır.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan yenidən quruldu. Ölkəmizdə sabitlik yarandı. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrilməklə iqtisadi inkişafın təmin olunmasına yol açdı. Ümummilli Lider bildirirdi ki, sabitlik olmadan hansısa sosial-iqtisadi layihələri həyata keçirmək qeyri-mümkündür. 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində “Əsrin müqaviləsi” imzalandı. Ümummilli Liderin müəllifi olduğu neft strategiyası dövlətimizin müstəqilliyinin qarantına çevrilməklə yanaşı, ölkəmizin dünya iqtisadi məkanına inteqrasiyasını, xalqımızın rifahının artması üçün çox önəmli xarici sərmayələrin cəlb olunmasını təmin etdi. İqtisadi və siyasi müstəqilliyimiz təmin edildi. Bir sözlə, 1993-2003-cü illər tariximizə sabitlik, inkişaf dövrü kimi yazıldı.
Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyasının Proqramında əksini tapan bütün müddəalar reallığa çevrildi. Belə ki, dövlət müstəqilliyimiz möhkəmləndi, demokratik, hüquqi, dünyəvi dövlət quruldu, vətəndaşların dinc və firavan həyatı təmin olundu. Bu addımların əsasında partiyanın dəyişməz olan prinsipləri- dövlətçilik, azərbaycançılıq, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri dayanır.
Son 19 ildə Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək tariximizə Zəfər səhifəsini yazdı. Dövlət başçısı ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi.
Tarixi Zəfərimiz həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının qarşısında yeni imkanlar açır. Dövlət başçısı İlham Əliyevin yubiley tədbirində qeyd etdiyi kimi, Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda və ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq. Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Üzümüz ağ, alnımız açıqdır. Müzəffər xalq, qalib dövlətik və bu, əbədi olacaq!
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

