Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Mövcud Azərbaycan reallıqları Böyük Qayıdışı şərtləndirən əsas amildir

Mövcud Azərbaycan reallıqları Böyük Qayıdışı şərtləndirən əsas amildir

22.12.2022 [11:08]

Azərbaycan 2020-ci ilin 44 günü ərzində Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev rəhbərliyi, xalqımızın birliyi, Ordumuzun gücü, əsgər və zabitlərimizin qəhrəmanlığı nəticəsində son yüzilliklərin ən möhtəşəm qələbəsini qazandı. Uzun illər düşmən tapdağında olan torpaqlarımız işğadan azad olundu.Vətən müharibəsində  möhtəşəm  Zəfərdən sonra Azərbaycan öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa - quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat - kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülmüşdür. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. Müstəqil Azərbaycan Möhtərəm Prezidentimiz İlham Əliyevin milli maraqlara söykənən məqsədyönlü və müdrik siyasəti nəticəsində bu gün iqtisadi inkişafına görə dünyada Lider mövqeyindədir. Sözlə əməlin vəhdətinə əsaslanan, Azərbaycanın öz gücünə söykənən müstəqil siyasəti xarici təhdidlərdən, beynəlxalq şəraitdən asılı olmayaraq ölkəmizi sürətlə irəli aparır, dinamik və hərtərəfli inkişaf tempi qorunur, dünyadakı mövqeləri daha da möhkəmlənir. Dünya dövlətləri içərisində ölkəmizin nüfuzunun əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, dünyanın aparıcı dövlətləri, xüsusilə qonşu ölkələrlə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi göz önündədir.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.

 Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir.

Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial - iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir.

Dövlət Proqramında nəzərdə tutulan vacib məsələlərdən biri də ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi və təhlükəsizliyin təmin olunmasıdır. Ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələri tikilərək hamı üçün əlçatan, etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təmin ediləcəkdir. Nəqliyyat - yol, rabitə, su, qaz, elektrik, istilik və s. infrastrukturlar yenidən qurulacaqdır.

Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkil edilməsi, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisinin və dayanıqlı infrastrukturla təminatının həyata keçirilməsi, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək və s. nəzərdə tutulmuşdur. Dövlət Proqramı çərçivəsində Böyük Qayıdışla bağlı müəyyən olunmuş prioritet vəzifələr sırasında yaşayış məntəqələrində təhlükəsiz yaşayışın təmin edilməsi, ərazilər üzrə dövlət sərhədinin etibarlı müdafiəsinin təmin olunması, yüksək standartlara cavab verən yaşayış məntəqələrinin, o cümlədən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında yeni müasir şəhərlərin və kəndlərin salınması ilə əhalinin layiqli həyat şəraitinin təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.

Möhtərəm Prezidetimiz İlham Əliyev yürütdüyü uzaqgörən və məqsədyölü siyasət onu deməyə əsas verir ki, Prezidentimizin rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” vaxtında və uğurla yerinə yetiriləcəkdir. Nə mənfur Ermənistan, nə də onun havadarları, ümumiyyətlə heç bir güc Azərbaycanın haqq işinə mane ola bilməz. Qısa zamanda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan xalqının necə qurucu xalq olduğunu nümayiş etdirir. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq. Artıq Böyük Qayıdış proqramı da uğurla icra edilir. Mövcud Azərbaycan reallıqları buna böyük zəmin yaradır.

Anar Nəbiyev   

YAP Qazax rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 58 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Daha 39 casus

01 Fevral 12:06  

Xarici siyasət

Analitik

Sosial

Xəbər lenti

Siyasət

Dördüncü səfər...

01 Fevral 10:18  

Xəbər lenti

Tariflər yeniləndi

31 Yanvar 16:53

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28