Gücün və qüdrətin təqdimatı
06.04.2023 [15:55]
Müasir müstəqil Azərbaycanın hərbi qüdrətindən bəhs edərkən dövlətimizin başçısı İlham Əliyev daim bildirir ki, müasir, mütəşəkkil ordu yaradılması ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Qeyd edək ki, hələ ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək bu istiqamətdə biri-birindən mühüm addımlar atmışdı. Ümummilli Liderin gərgin səyləri nəticəsində hərbi kadrların yetişdirilməsi məqsədilə Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Ordumuzda xidmət edən zabitlərin əksəriyyəti ulu öndər Heydər Əliyevin yaratdığı və Azərbaycanın hərb tarixində xüsusi yeri olan Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları, quru qoşunlarının, hərbi hava və hərbi dəniz qüvvələrinin məzunlarıdırlar. Son illərdə imkan və potensialı daha da artan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik, Ali Hərbi Təyyarəçilik məktəblərinin kursant və şahinləri hər zaman döyüşə hazır olduqlarını keçirilən hərbi paradlarda nümayiş etdirirlər.
Ulu Öndər Heydər Əliyev bildirirdi ki, Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər.
Bu reallıq müstəqilliyimizin bərpasının ilk illərinin xarakterizə edən amillər sırasında idi. Gənclərimiz hərbi xidmətə getməkdən yayınır, fərarilik baş alıb gedirdi. Amma 1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra orduya diqqət və qayğının artması bu hallara son qoydu. Azərbaycan gənclərində vətənpərvərlik hissi daha da artdı, hərbi xidmətə çağırış gənclər tərəfindən böyük ruh yüksəkliyi, xoş ovqatla qarşılandı. Hərbi hazırlığı, Vətənə bağlılığı ilə fərqlənən Silahlı Qüvvələrimizin mövcudluğu sülh danışıqları səmərə vermədiyi təqdirdə torpaqlarımızı hərb yolu ilə işğaldan azad etməyə hər zaman hazır olduğumuzu böyük əminliklə söyləməyə əsas verdi. Ulu öndər Heydər Əliyev bildirmişdir: “Mən əminəm ki, bizim ordumuz bu gün Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəldilmiş hər hansı bir qəsdə layiqli cavab verməyə hazırdır.”
Son 20 ilə yaxın dövrdə Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Ordumuz beynəlxalq standartlara cavab verir. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, Azərbaycan Ordusu hazırda dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Ən əsası rəşadətli Ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində dünya hərb tarixinə yeni səhifə yazdı. Dövlət başçısı İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, xalqımızın birliyi sayəsində tariximizin Zəfər səhifəsi yazıldı. Dünya 44 gündə Prezident-Ordu-Xalq birliyinin, xalqımızın torpaq, Vətən sevgisinin bir daha şahidi oldu. Son iki ildən artıq dövrdə bu birliyimiz, Vətən sevgimiz işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərində özünün aydın ifadəsini tapır. Müzəffər Ali Baş Komandan İlham Əliyev ordumuzun bundan sonra da qüdrətlənməsi istiqamətində atılan addımların davamlı olacağını bildirir. Tarixi Zəfərimizdən sonra “Qisas”, “Qətiyyətli addım” əməliyyatları Ordumuzun gücünün, qüdrətinin təqdimatı oldu.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

