Qarabağı, Zəngəzuru yenidən qururuq
11.05.2023 [12:26]
Hər zaman qeyd etdiyimiz kimi, keçirilən beynəlxalq tədbirlər həm mahiyyəti, həm də keçirildiyi məkan baxımından xüsusi diqqət şəkir. Bu baxımdan mayın 3-də ADA Universitetinin təşkilatşılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans da əhəmiyyətli oldu. Konfransın mövzusundan da göründüyü kimi, keçmişdən bu günə nəzər salınaraq hazırda Azərbaycanın tarixi Zəfərinin reallıqları fonunda dünya siyasətində baş verən dəyişikliklər, ölkəmizin sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi artan nüfuzu geniş təhlil edildi. Tarixi Zəfərimizin reallıqlarının qarşıya qoyduğu əsas hədəflərdən biri bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsidir. Azərbaycan möhtəşəm Qələbəmizdən dərhal sonra Ermənistanla münasibətlərdə yeni səhifə açmaq, bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsi üçün qarşı tərəfə sülh təklifini etdi. Ermənistanın həmin təklifdən iki ildən çox vaxt keçməsinə baxmayaraq hələ də konkret addım atmaq barədə düşünməməsi diqqətdən kənarda qala bilməz. Dövlət başçısı bütün çıxışlarında, o cümlədən sözügedən konfransda ona ünvanlanan suallara cavabında da bu məqama xüsusi diqqət yönəltdi. “Mən dəfələrlə bu məsələyə dair fikrimi bildirmişəm. Demişəm ki, əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər” söyləyən dövlət başçısı İlham Əliyev, eyni zamanda, onların konstruktivliyinə ümid etdiyini də bildirdi. Əgər onlar konstruktiv olmasalar, diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq: “Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar. Çünki bütün geosiyasi vəziyyət, - söhbət təkcə regiondan deyil, qlobal vəziyyətdən gedir, - dəyişib. Bizim orada öz yerimiz var. Bu yer çox sabitdir və getdikcə daha da möhkəmlənir. Lakin onlar üçün bu, böyük çağırış olacaqdır. Ümid edirəm ki, Vaşinqton danışıqları hətta nəticə verməsə belə, biz tərəqqinin əlamətlərini görə biləcəyik.” O da məlumdur ki, Şuşada təşkil edilən beynəlxalq konfransla paralel olaraq, ABŞ-da Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü keçirilirdi. Ölkəmizin məqsədi ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində keçirilən görüşdən konkret nəticələr əldə etmək idi. Bu da Ermənistan və region üçün faydalı ola biləcək məqamları özündə əks etdirir. Görüşlərin nəticələrinə dair bəyanatlar onu deməyə əsas verir ki, bir sıra müddəalar üzrə razılıqlar əldə olunub. Bu istiqamətdə görüşlərin davam etdirilməsi və digər məsələlər üzrə danışıqların aparılması barədə razılıq əldə edilib. İndi əsas məsələ növbəti görüşdən sonra Ermənistanın mövqeyində ciddi dəyişikliyin olub-olmamasıdır. Azərbaycan qarşıya qoyduğu hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olur. Ölkəmiz qarşı tərəfə sülh təklifini edərkən bu bəyanatı da səsləndirmişdir ki, uzun müddət masa üzərində qalmayacaq. Ermənistana qarşı atılan bu addım son şansıdır. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyi, bütün sahələrdə gücü, qüdrəti, ən əsası müstəqil siyasəti gələcəyə doğru inamla addımlamasında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev mayın 10-da Şuşadan müraciətində də Azərbaycanın davamlı uğurlarından və gələcəyə yönələn hədəflərdən geniş bəhs etdi. “Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur” söyləyən cənab İlham Əliyev böyük qürur hissi ilə bildirdi: “Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda, güclü imkanlarımız var. Maliyyə resurslarımız, maddi vəziyyətimiz imkan verir ki, biz ancaq öz daxili resurslarımız hesabına yaşayaq və yaşayırıq, daxili resurslar hesabına Qarabağı yenidən qururuq, Zəngəzuru yenidən qururuq.”
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

