Düzgün siyasət Azərbaycanı güclü dövlətlər üçün zəruri olan dövlətə çevirib
31.05.2023 [12:49]
Azərbaycanın dayanıqlı iqtisadiyyata malik olması, özünü təmin edən ölkələr sırasında yer tutması, müstəqil xarici siyasət yürütməsi onu Avropa ölkələri üçün cəlbedici dövlətə çevirir.
AİB-yə üzv olan dövlətlərlə ikitərəfli və çoxtərəfli görüşlərin məntiqi nəticəsi budur ki, Prezident İlham Əliyev tərəfindən aparılmış düzgün siyasət Azərbaycanı bütün güclü dövlətlər və qlobal mərkəzlər üçün əməkdaşlıq edilməsi zəruri olan dövlətə çevirib.
Belə geniş tərkibli görüşlərdən biri də yaxın zamanlarda Litvada keçirilmişdir. Azərbaycan Prezidentinin Litvaya səfəri çərçivəsində ikinci Litva-Azərbaycan biznes forumunun açılışı olmuşdur. Təbii ki, sözügedən platformada iqtisadi sahədə yeni imkanlar qaçılmazdır. İlk belə tədbir ötən ilin mayında Litva Prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri baş tutmuşdu. Həmin səfər zamanı, eyni zamanda, ölkələr arasında bir sıra sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı sənədlər imzalanmışdı. Baş tutan görüşlərin nəticəsi olaraq Azərbaycan ilə Litva arasında strateji tərəfdaşlığın daha da güclənməsi prosesinin getdiyini deyə bilərik.
Təbii ki, Azərbaycanın yerləşdiyi coğrafi mövqe və zəngin enerji resursları digər Avropa dövlətləri kimi, Litvanın da marağındadır. Həmçinin indiki zamanda Qarabağda yenidənqurma və bərpa işlərində Litva şirkətlərinin fəaliyyətinin şahidi ola bilərik. Bu istiqamətdə də əməli addımların atılacağı gözlənilir. Bundan əlavə, dövlətlərimiz arasında alternativ və bərpaolunan enerji sahəsində də müəyyən işlərin görülməsi üçün potensial mövcuddur.
Litva 2006-cı ildən etibarən beynəlxalq inkişafa dair layihələrdə Azərbaycan ilə bir yerdə iştirak edir. Azərbaycan Litvanın Avropa İttifaqının Tvininq proqramı çərçivəsində tərəfdaşıdır. Həmçinin Azərbaycan Şərq Tərəfdaşlığı proqramı çərçivəsində də həyata keçirilən layihələrin sayına görə Litvanın əsas tərəfdaşıdır.
Cənab Prezidentin Litvada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda dediyi kimi, biznes qurumlarının birgə fəaliyyəti ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracaq. Hər iki tərəfdən buna çox böyük maraq var.
Eyni zamanda, qarşılıqlı əməkdaşlıq çərçivəsində ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində də Litva ilə Azərbaycan arasında əməkdaşlıq haqqında sazişlər imzalanmışdır. Bu həm də ikitərəfli münasibətlərin inkişafına mühüm təkan verəcəkdir.
Litva ilə ikitərəfli əməkdaşlıq, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan çərçivəsində də önəmli rol oynayır. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Statistika göstərir ki, ixrac edilən qazın həcmi ildən-ilə artır. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük sərmayələr yatırılır.
Ölkələrimiz arasında hazırda təqribən 33 milyon dollar olan ticarət dövriyyəsi gələcək zamanlarda bir neçə dəfə arta bilər. Çünki buna geniş imkanlar var.
İki ölkə arasında əməkdaşlıq potensialı kifayət qədər böyükdür. Birgə iqtisadi komissiyanın oynadığı rol biznes dairələrinin səylərini əlaqələndirməkdən, potensial əməkdaşlıq üçün mühüm imkanları dəyərləndirməkdən və tərəfdaşlıq üçün çərçivənin yaradılmasından ibarətdir.
Ölkə başçısı çıxışında da qeyd etdiyi kimi, “Təbii ki, ölkələrimizi birləşdirən və ümumiyyətlə, qitələri birləşdirən Avrasiya qitəsində daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin payına böyük vəzifələr düşür. Biz razılaşdıq ki, müvafiq qurumlar bu məsələ ilə bağlı ciddi məşğul olacaqlar. Çünki dünyada hökm sürən yeni geosiyasi reallıq bunu diktə edir.” hazırda nəqliyyat-kommunikasiya imkanlarıının genişləndirilməsi əsas prioritet məsələlərdən biridir.
Qeyd edə bilərik ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşən Azərbaycanın nəqliyyat-logistika infrastrukturu ölkəmizi çox güclü zəruri tərəfdaşa çevirir.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

