Ana dilinin hər tərəfli inkişafı Heydər Əliyevin adı ilə bağlıdır
01.08.2023 [18:19]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Hər bir xalqın kökü ana dilindən başlanır. Tarixin sərt sınaqlarından alnıaçıq çıxan Azərbaycan xalqının ana dilinin hərtərəfli inkişafı, dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi, nüfuzunun yüksəlməsi dünya şöhrətli siyasətçi, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük xidmətlərindən biri kimi tarixə yazılıb.
Ulu Öndər Heydər Əliyev XX əsrin 70-ci illərinin ortalarında, ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb etdiyi bir dövrdə dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə gündəmə gətirib. Bu qətiyyətin nəticəsi idi ki, Ulu Öndər Heydər Əliyev 1969-cu il noyabrın 1-də F.E.Dzerjinski adına klubda (indiki Şəhriyar adına klub) indiki BDU-nin 50 illik yubiley tədbirində ana dilində nitq söylədi. Öz doğma dilində söylənilən nitq təkcə o günə və o zamana hesablanmış bir addın deyildi. Bu tarixi çıxış o zaman üçün bütün əsarət altında olan dövlətlərə və xalıqlara sosial mesaj idi. Bu tarixi cıxış dilimizi, dinimizi, adət-ənənəmizi, tariximizi, kimliyimizi və azərbaycançılıq ideologiyamızı dünəndə, bu gündə, sabahda yaşadacayıq mesajı idi.
Milli qürurumuzu özümüzə qaytaran, bizə Azərbaycanı məhz Onun kimi sevməyi öyrədən, dünyanın ən nəhəng siyasətçiləri sırasında dayanan böyük azərbaycanlı, Ümummilli Lider kimi əbədilik qazanan Heydər Əliyev deyirdi: “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”. Dahi şəxsiyyət Azərbaycan dilini xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin başlıca rəmzləri ilə eyni səviyyədə qiymətləndirirdi.
“Azərbaycan dili bu gün dərin fikirləri ilə ən incə çalarlarınadək, olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır”. Böyük qürurla bu sözləri söyləyən Ulu Öndər Heydər Əliyev hələ Sovet İttifaqı dövründə, mərkəzin ciddi müqavimətinə baxmayaraq, respublikamızda Azərbaycan dilinin dövlət dili statusunun 1978-ci il Konstitusiyasında əks olunmasına nail olur. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Dahi şəxsiyyətin bu təşəbbüsü 1978-ci il 21 apreldə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapır. Beləliklə, Ulu Öndər Heydər Əliyev gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qoruyur.
Ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atıb, Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər imzalayan dünyaşöhrətli, dahi rəhbərin 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” tarixi fərmanı beynəlxalq aləmdə Azərbaycan dilinin mövcudluğuna yeni nəfəs gətirdi. Bundan sonra hər il ölkəmizdə 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi böyük təntənə ilə qeyd edilir.
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan Ana dilinin inkişafı siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərinin dövlət dilimizin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi ilə bağlı imzaladığı tarixli sərəncamlar Azərbaycan dilinə olan qayğının bariz nümunəsidir.
“İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi hər bir azərbaycanlının müqəddəs borcu Ana dilini qoruyaraq gələcək nəsillərə çatdırmaqdır.
Xəbər lenti
Hamısına baxDünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35

