Ölkəmizin milli maraqları qətiyyətlə müdafiə edilir
21.08.2023 [10:57]
Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin varisi və onun uğurlu davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında məqsədyönlü və milli maraqlara cavab verən xarici siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş və ciddi uğurlara imza atmışdır. Müstəqil xarici siyasət, beynəlxalq arenada önəmli mövqe, qüdrətli ordu, güclü iqtisadiyyat və qalib ölkə – bu ifadələr tarixinin ən şanlı dövrlərindən birini yaşayan Azərbaycanın müasir reallıqlarını ən gözəl şəkildə təsvir edir. Azərbaycan hazırda BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT və digər nüfuzlu beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlıq aparır. Son zamanlar Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yeni istiqamətlərini müəyyən edir və səmərəliliyin artırılmasında mühüm rol oynayır.
Lakin buna baxmayaraq ölkəmizə qarşı müxtəlif ermənipərəst beynəlxalq təkilatlar tərəfindən ikili standartlar bu gün də davam edir. Belə ki, Ermənistan rəhbərliyi tərəfindən avqustun 11-də Qarabağda yaşayan ermənilərin guya blokadada qalması və orada "humanitar fəlakət" yaranması barədə BMT Təhlükəsizlik Şurasına məktub ünvanlamışdır. Bu bəzi Qərb dövlətlərinin, xüsusən Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransanın vasitəsilə Azərbaycana qarşı təzyiq göstərmək cəhdidir. Ermənistan Fransa və Qərbdəki erməni lobbisinin əlində oyuncaq vasitəsinə çevrilib. Avqustun 16-da baş tutan BMT Təhlükəsizlik Şurasının iclasında da Ermənistan ağır məğlubiyyətə düçar oldu. Prezident cənab İlham Əliyev dünyanın ali orqanı olan BMT-də də Ermənistanla yanaşı ona havadarlıq edən ölkələr, xüsusən Fransa üzərində tarixi qələbə əldə etdi. İclasda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi qorunmaqla öz həllini tapmalı eləcə də Qarabağa humanitar yüklərin Ağdam - Xankəndi yolu ilə daşınmasının mümkünlüyü vurğulanmışdır. TŞ-dəki müzakirələr "Dağlıq Qarabağ"dakı Ermənistan silahlı qüvvələrinin və oradakı qeyri-qanuni hərbi birləşmələrinin tərkisilah edilməsinin vacibliyini göstərdi. Azərbaycanın terror cəhdinin qarşısını almaq məqsədilə həyata keçirdiyi əməliyyatların legitimliyini təsdiqlədi. BMT Təhlükəsizlik Şurası Qarabağdakı separatçılara, Ermənistandaki revanşist qüvvələrə və xaricdə fəaliyyət göstərən erməni lobbisinə qəti şəkildə bildirdi ki, müstəqil Artsax dövləti olmayacaq. Ermənistanın Təhlükəsizlik Şurasının acı məğlubiyyəti onu göstərdi ki, Ermənistan hökuməti ilə xaricdəki erməni lobbisi arasında ciddi narazılıq var və bu hər gün dərinləşməkdədir. BMT Təhlükəsizlik Şurasındakı müzakirələrdə çıxış edən dövlətlərin əksəriyyətinin çıxışları Azərbaycanın mövqeyini daha da gücləndirdi və ərazi bütövlüyümüzün təmin edilməsinin Azərbaycanın atdığı addımların beynəlxalq hüquqa uyğun olduğunu bir daha təsdiqlədi.
Beynəlxalq Ədalət Məhkəməsindən sonra Təhlükəsizlik Şurasında da məğlub olan Ermənistanın bir çıxış yolu qaldı. Azərbaycanın irəli sürdüyü şərtlər əsasında beynəlxalq prinsiplərə söykənən sülh müqaviləsinə imza atmaq. Qarabağdakı separatçılar da törətdikləri cinayətlərə görə Azərbaycan qanunları ilə mühakimə olunacaq. Onların əfv olunub olunmayacağı barədə qərar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən veriləcək. Qarabağda yaşayan sadə erməniəsilli Azərbaycan vətəndaşları Azərbaycan qanunları ilə firavan və rahat həyat sürəcəklər.
BMT Təhlükəsizlik Şurasında Azərbaycan dövlətinin qələbəsi ölkəmizin qüdrətli bir dövlət olduğunu, Prezident cənab İlham Əliyevin güclü siyasətçi, mahir diplomat olmasını sübut etdi. Bütövlükdə Azərbaycanın xarici siyasət kursunun ən mühüm reallığı odur ki, Prezident İlham Əliyev beynəlxalq arenada ölkəmizin milli maraqlarını qətiyyətlə və xüsusi prinsipiallıqla müdafiə edir.
Müşfiq Səfərov
Yeni Azırbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

