Heydər Əliyev əsrinin 23-cü ili
13.09.2023 [10:37]
Xalqa xidmət nümunəsi
Ucar rayonunda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib
“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində sentyabrın 12-də YAP Ucar rayon təşkilatı tərəfindən tədbir keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi dahi şəxsiyyətin çoxşaxəli fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin geniş təhlilində əhəmiyyətli rola malikdir. Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü dövlətə, xalqa xidmət nümunəsidir. Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edərək çoxəsrlik tarixinin Zəfər səhifəsinin yazılmasına nail oldu.
YAP Veteranlar Şurasının üzvü Nazim İsmayılov Ümummilli Liderin dövlətimiz və xalqımız qarşısında xidmətləri sırasında hazırda cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasından, ümumxalq partiyası kimi nüfuz qazanmasından, partiyada gənclərin dinamizmi ilə yaşlı nəslin təcrübəsi arasında vəhdətin yaradılmasından geniş bəhs edib.
Milli Məclisin deputatı Jalə Əliyeva çıxışında bildirib ki, Ümummilli Lider Heydər
Əliyev Azərbaycan dilinin, tarixinin, ədəbiyyat və mədəniyyətinin azərbaycançılıq məfkurəsi ilə dərkinin əsaslarını formalaşdırıb. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı harada yaşamasından asılı olmayaraq dünya azərbaycanlılarını vahid amal uğrunda birləşdirdi. Bu gün böyük inamla qeyd edirik ki, Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla gerçəkləşdirən Prezident İlham Əliyev diaspor quruculuğuna mühüm məsələlərdən biri kimi yanaşır. Bu birlik, həmrəylik 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirən mühüm amillər sırasındadır.
Milli Məclisin deputatı Ramil Həsən qeyd edib ki, müstəqillik dövründə Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi şöhrət qazanması Ümummilli Liderin mükəmməl quruculuq proqramının tərkib hissələri olub.
Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlər üçün aktuallığını qoruyur. Onun səyləri nəticəsində 1994-cü il 20 sentyabr tarixində imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi mövqeyini möhkəmləndirdi. Ulu Öndər Heydər Əliyevin neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi. Hazırda iqtisadiyyatın şaxələndirilməsi siyasətinin həyata keçirilməsi neft strategiyasının uğurlu nəticəsidir.
Vətən müharibəsi şəhidi, leytenant, “Azərbaycan Bayrağı” ordenli Elnur Vəliyevin atası Əli Vəliyev, Birinci Qarabağ müharibəsinin əlili Rahib Rəsulov tarixi Zəfərimizdən geniş bəhs ediblər. Qeyd ediblər ki, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə hərb tarixinə yeni səhifə yazan Azərbaycan bu gün dünyanın diqqətindədir.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə Fəxri fərman, partiya sıralarına yeni qəbul olunanlara isə üzvlük vəsiqələri təqdim edilib.
Tədbir bədii hissə ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45

