44 günlük Vətən müharibəsi şanlı tariximizdir
25.10.2023 [15:14]
Vüsal Hüseynov -YAP Xocavənd rayon təşkilatının sədri
44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Tariximizə, Azərbaycan dövlətinin keçdiyi inkişaf yoluna nəzər salsaq görərik ki, xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan xilas olan Azərbaycan Ümummilli Liderin gələcəyə hesablanmış siyasəti nəticəsində bütün çətinlikləri dəf etdi, dünya birliyinin layiqli üzvünə çevrildi.
Bir fikri də xüsusi vurğulamaq lazımdır ki, Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin, ölkəmizdə dinamik inkişafın əsasında Prezident İlham Əliyevin formalaşdırdığı inkişaf strategiyası dayanır.
Ölkə rəhbərinin siyasi iradəsinin, Azərbaycanın iqtisadi sahədə qazandığı uğurların məntiqi nəticəsi olaraq bu gün paytaxt Bakı ilə yanaşı işğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində qurulması, 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımızın öz doğma yurd-ocaqlarına qayıdışlarının təmin edilməsi əsas vəzifəsilərdən biridir.
Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı modeli – “ağıllı” kənd və region strategiyası daha böyük əhəmiyyət kəsb etdi.
Məlum olduğu kimi işğalçı və terrorçu mahiyyətini öz cılız siyasəti və nankor əməlləri ilə sübüt edən Ermənistan bir an belə olsa bu çirkin niyyətlərindn əl çəkməyib, Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı misli görünməmiş vandalizm aktları törətmişdir. Qədim tarixi, əsrlərlə yaşı olan şəhər və kəndlərimizi qəsdən dağıdaraq, xalqımızın tarixi irsini özündə əks etdirən izlərin silinməsinə kobud cəhdlər edilib. Hər bir tarixi, mədəni və dini abidəni talan edərək həmin ərazilərin tarixini saxtalaşdırmağa, süni şəkildə erməniləşdirməyə çalışıblar. Azərbaycan xalqının hissiyatına toxunaraq, məscidlərimizdə heyvan saxlayaraq, ümumilikdə İslam aləmini təhqir edib, insanların inanclarına qarşı vəhşi münasibət sərgiləyiblər.
Ermənistanla 120 kilometr sərhədi olan Qubadlı rayonu 1992-ci ildən davamlı olaraq düşmən ölkə tərəfdən hücumlara məruz qalırdı. Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarımühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilib. İşğal nəticəsində Qubadlı rayonunda 200-dən çox mədəni-məişət obyekti, 12 tarixi abidə dağıdılıb. Rayonda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub, 6 avtoklub olub. 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı Tarix-Diyarşünaslıq Muzeyi də talan edilib. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.Hadisələrin gedişatımüddətində düşmən ölkə daxil, bütün ölkələr xalq və ordu birliyimizin sarsılmaz olduğunun bir daha şahidi oldu. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcədə təxribatlar baş verən ərazilərdə yaşayanların öz evlərini tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyinin və orduya olan inamın bariz nümunəsidir.
Xalqın haqq tələbi, müharibəyə hazırlıq dərəcəsi və dövlətə inamı ruh yüksəkliyinin səbəbi, nümayiş olunan ruh yüksəkliyi isə qələbənin zəminidir.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

